Haqqımızda

Haqqımızda

Fakt-metr (www.factcheck.ge) “Gürcüstan İslahatlar Assosiasiyası”-nın populyar və uğurlu beynəlxalq analoqlarına (www.politifact.com, www.factcheck.org) uyğun olaraq Gürcüstanda yaradılmış innovativ media layihəsidir. Siyasətçilərin və ya digər ictimai xadimlərin ictimaiyyəti maraqlandıran məsələlərə dair açıqlamalarında faktiki dəqiqliyi müəyyənləşdirməyi hədəfləyir. Bundan əlavə, faktmetr sosial şəbəkələrdə/müxtəlif KİV-lərdə yayılan saxta xəbərləri yoxlamağı və xalqa dəqiq məlumat verməyi hədəfləyir. 

www.factcheck.ge oxucularına gürcü və ingilis dillərində müvafiq araşdırma şəklində təsdiqlənmiş və ən son məlumatları verən qərəzsiz bir veb saytdır.

Layihəni dəstəkləyən təşkilatlar bunlardır: Hollandiya Krallığının Gürcüstandakı səfirliyi, Demokratiya üçün Milli İanə (NED), Alman Marşal Fondu, Demokratiya üçün Avropa İanəsi və ABŞ-ın Gürcüstandakı səfirliyi.

Fakt-metr jurnalistika, iqtisadiyyat, hüquq, beynəlxalq əlaqələr, dövlət siyasəti və digər sahələrdən gənc mütəxəssisləri bir araya gətirən həmfikirlər komandasıdır.

Fakt-metr komandası parlament üzvləri, prezident, hökumət və digər ictimai xadimlərin monitorinqini həyata keçirir və açıqlamalardakı həqiqət və ya səhvləri aşkarlayır. Layihə çərçivəsində ictimai maraq kəsb edən məsələlərdə verilən açıqlamalarda yalnız faktiki doğruluq yoxlanılır. Siyasətçilərin/ictimai xadimlərin fikirlərinin/fərziyyələrinin və şəxsi baxışlarının yoxlanılmaması vacibdir.

Müvafiq olaraq, fakt-metrin əsas hədəfləri bunlardır:

• Oxucuları düzgün, dəqiq və əsaslandırılmış məlumatlarla təmin etmək;

• Siyasətçilərin seçicilər qarşısında hesabatlılığının və məsuliyyətinin artırılması;

• Faktlara əsaslanan siyasi ritorikanın inkişafını təşviq etmək;

• Yalan xəbərlərlə və rus təbliğatına qarşı oxuculara təsdiq olunmuş faktlar təqdim etməklə mübarizə.

Fakt-metrin iş stili və ətraflı metodologiyası barədə bu linkdən daha ətraflı məlumat ala bilərsiniz bilərsiniz.

Onlayn məkanda yayılan yanlış məlumatların yoxlanılması

“Fakt-Metr” siyasətçilərin və ictimai xadimlərin açıqlamaları ilə yanaşı, sosial şəbəkələrdə və internetdə yayılan iddiaları da yoxlayır. 2020-ci ilin sentyabr ayından etibarən “Fakt-Metr” Meta-nın faktların yoxlanılması proqramının tərəfdaşıdır. Proqram çərçivəsində “Fakt-Metr” Meta platformalarında yayılan yanlış və yalan məlumatları yoxlayır. Proqram çərçivəsində “Fakt-Metr” “Faktların Yoxlanmasının Beynəlxalq Şəbəkəsinin” prinsiplərini və Metanın faktların yoxlanması proqramının siyasətini rəhbər tutur.

Facebook “Fakt-Metr”in yalan kimi qiymətləndirdiyi məlumatı informasiya sahəsinin aşağı hissəsində (Xəbər lenti) yerləşdirir. Bu, yalan məlumatların yayılmasını əhəmiyyətli dərəcədə azaldır və həmçinin yanlış məlumatlandırıla biləcək istehlakçıların sayını azaldır.

Vaxtaşırı yalan məlumat paylaşan səhifələr və hesablar avtomatik olaraq monetizasiya və reklam imkanlarından məhdudlaşdırılır. Bundan əlavə, Facebook yanlış hesab edilən yazıları qeyd edir. Bununla istifadəçilər gördükləri və ya paylaşmaq istədikləri yazının doğru olub-olmadığını öyrənmək imkanı əldə edirlər.

Bütün məqalələrə baxın
5073 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
27%
Doğru
17%
Əsasən-doğru
10%
Yalan
9%
Yarı-doğru
7%

Ən çox oxunan