• Haqqımızda
    1. Komanda
    2. Metodologiya
    3. Privacy Policy
  • Redaksiya qaydaları
  • Dəyişiklik/Şikayətlər
  • Layihəyə dəstək olanlar
  • Əlaqə
ქართული English հայերեն Русский

Factcheck.ge

Check your Fact
  • Seçkilər 2024
  • Personajlar
  • Hökmlər
    • Doğru
    • Əsasən-doğru
    • Yarı-doğru
    • Əsasən-yanlış
    • Yanlış
    • Yalan
    • manipulyasiyadır
    • Saxta xəbər
    • Hökmdən xaric
    • N/A
    • N/A
    • პოზიცია ნაწილობრივ შეცვალა
    • N/A
    • Fakt-metr qəzeti
  • Bölgələr
  • Saxta xəbərlər
    • კლიმატის ცვლილება
    • როგორ არ მოვტყუვდეთ?
  • Mövzular
    • İqtisadiyyat
    • Hüquq
    • Siyasət
    • Təhsil
    • Səhiyyə
  • Digər
    • Ukrayna
    • Vədlər
    • Seçkilər 2021
    • Seçkilər 2017
    • 2016 Parlament seçkiləri
    • Seçkilər 2014
    • Prezident seçkiləri 2013
    • COVID-19
    • Kovid vaksini
    • Fakt-metr TV
İmpiçment proseduruna ümumi baxış

İmpiçment proseduruna ümumi baxış

2023-cü il sentyabrın 1-də İrakli Kobaxidze “Gürcü arzusu” ilə birlikdə Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment prosedurunu elan edib.

01/09/2023
Fakt-metr qəzeti
Fakt-metr qəzeti
Facebook Linkedin Twitter Print

2023-cü il sentyabrın 1-də İrakli Kobaxidze “Gürcü arzusu” tərəfindən Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçment prosedurunu elan edib. “Gürcü arzusu”nun mövqeyi ondan ibarətdir ki, yalnız hökumət “ölkənin həm daxili, həm də xarici siyasətini həyata keçirmək” səlahiyyətinə malikdir və hökumətdən müvafiq icazə olmadan xaricə səfərlərə başlamaqla Zurabişvili Gürcüstan konstitusiyasını “kobud şəkildə pozub”. (Zurabişvilinin hökumətlə razılaşma olmadan Avropa ölkələrinə səfərlərinin konstitusiyaya uyğunluğu ilə bağlı “Fakt-metr”-in məqaləsinə baxın).

“Fakt-Metr” Gürcüstan qanunvericiliyində nəzərdə tutulan impiçment prosedurunu nəzərdən keçirir.

İmpiçment bir şəxsin vəzifədən uzaqlaşdırılması deməkdir. Gürcüstan Konstitusiyasında 48-ci maddə impiçment proseduruna həsr olunub. Qeyd olunan maddənin 1-ci bəndinə əsasən, impiçment proseduru konstitusiyanın pozulması və ya əməldə cinayət əlamətləri olduqda başlana bilər. Burada o da müəyyən edilir ki, parlamentin tam tərkibinin ən azı üçdə biri məsələnin qaldırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi bir ay müddətində məsələyə baxıb öz rəyini Parlamentə təqdim etməlidir.

Məsələ Konstitusiya Məhkəməsinə verildikdən sonra hadisələr iki fərqli istiqamətdə inkişaf edə bilər. Prezident tərəfindən Konstitusiyanın pozulması və ya onun hərəkətlərində cinayət əlamətlərinin olması Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-sı tərəfindən təsdiqlənməlidir, əks halda impiçment proseduruna xitam verilir.

Konstitusiya Məhkəməsi öz qərarı ilə Prezidentin Konstitusiyanı pozduğunu və ya onun hərəkətlərində cinayət əlamətlərinin olmasını təsdiq edərsə, Parlament 2 həftə ərzində onun impiçmenti məsələsinə baxıb səsvermə keçirmək hüququna malikdir. Parlament 2 həftə ərzində Gürcüstan prezidentinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar qəbul etməsə/qəbul edə bilməzsə,  artıq eyni əsasla təkrardan  impiçment proseduruna başlaya bilməz.

İmpiçmenti dəstəkləmək üçün Gürcüstan parlamentinin tam tərkibinin azı 2/3-nin razılığı tələb olunur. Belə çıxır ki, 150 deputatdan ən azı 100 deputat prezidentin kənarlaşdırılmasını dəstəkləməlidir. Ona görə də aydındır ki, Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın pozulması faktının müəyyən edilməsi avtomatik olaraq prezidentin vəzifəsindən kənarlaşdırılması demək deyil. Yekun qərarın verilməsi parlamentdə aparılan siyasi proseslərlə bağlıdır. Müvafiq olaraq, aydındır ki, “Prezidentin impiçmenti siyasi-hüquqi prosedurdur və onu yalnız Konstitusiya Məhkəməsinin hüquqi rəyi və Parlamentin siyasi qərarı əsasında başa çatdırmaq olar”.[1]


[1]“Konstitusiya hüququ”, Tbilisi 2019, İrakli Kobaxidze – s.186

კონსტანტინე ჯაფარიძე
კონსტანტინე ჯაფარიძე

All Articles

  • Levan Davitaşvili: 2013-cü ildən bu günə qədər Gürcüstanda təbii artım müsbət olub

    Levan Davitaşvili: 2013-cü ildən bu günə...

    Yalan
    ifadə səhvdir və orada verilən dəlillər absurddur
  • Milli Bankın qərarının cari və gözlənilən nəticələri

    Milli Bankın qərarının cari və gözlənilə...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
  • Tbilisi-Rustavi avtomobil yolunun inşaası nə vaxt bitəcək?

    Tbilisi-Rustavi avtomobil yolunun inşaas...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
IFCN
EFCSN
İctimai məlumat bazası
Factcheck.ge
Europe GMF Netherland USAID Georgia

Telefon: +(995 32) 2 22 29 13

Elektron poçt: [email protected]

Factcheck.ge
Factcheck.ge

Bu veb-səhifədə ifadə edilmiş baxış və düşüncələr Factchek.ge-yə aiddir və layihəyə dəstək olan təşkilatların baxış və düşüncələrini əks etdirmir.

Factcheck.ge

© 2025 | Privacy Policy