-
Dezinformasiya: Rusiya Gürcüstanla birba
Saxta xəbərmüəyyən bir media orqanı, siyasətçi və ya sosial şəbəkə səhifəsi tərəfindən yayılan yalan və ya manipulyasiya xarakterli məlumatlar -
2025-ci ilə qədər 13 min qaçqın ailəsinə
Fakt-metr qəzetiFakt-metr qəzeti -
Siz Putinin çıxışından sitat götürüb bu
Doğrubəyanat dəqiqdir və mühüm bir şey yoxdur
Hökmün düzəldilməsi və şikayət olunması təlimatı
“Facebook” 2016-cı ildə bu platformada yerləşdirilən məlumatların düzgünlüyünü yaxşılaşdırmaq üçün müstəqil fakt yoxlama təşkilatları ilə birlikdə fakt yoxlama proqramını həyata keçirməyə başlatdı. 21 sentyabr 2020-ci ildə “Facebook” bu proqramı Gürcüstanda da başlatdı ki, bunun çərçivəsində də "Fakt-Metr" (www.factcheck.ge) və "Mif detektoru" (www.mythdetector.ge) yerli tərəfdaşları oldular. Bu təşkilatlar Pointer İnstitutu Beynəlxalq Fakt Araşdırma Şəbəkəsinin (IFCN) təsdiq olunmuş üzvləridir.
“Facebook”-da ehtimal olunan səhv məlumatlar olan material aşkar edildikdən sonra proqramın iştirakçısı olan fakt araşdıran təşkilatlar mübahisəli materialı aşağıdakı Facebook hökmləri ilə qiymətləndirirlər:
1. Yalan
2. Redaktə edilmiş
3. Qismən yalan
4. Kontekstdən kənar
5. Satira
6. Həqiqət
Qeyd edək ki, "Fakt-Metr" (www.factcheck.ge) və "Mif detektoru" (www.mythdetector.ge) tərəfindən ilk 4 hökmlə (yalan, redaktə olunmuş, qismən yalan, kontekstdən kənar) qiymətləndirilən materialları yayımlayanlara (Fərdi istifadəçi, Facebook səhifəsi) qarşı “Facebook” bu cür materialların yayılması da daxil olmaqla müəyyən məhdudiyyətlər tətbiq edir. Eyni yayımcılar tərəfindən eyni pozuntunun təkrar aşkarlanması halında “Facebook” onlara qarşı yayımın azaldılması, reklam və pul qazanma ehtimalının məhdudlaşdırılması və s. kimi əlavə tədbirlər görə bilər.
Fakt araşdıran təşkilatların hökmünə yenidən baxılması mümkündürmü?
Bir yazı üçün hökmü nəzərdən keçirmənin iki yolu var:
● Materiala düzəliş edilməsi: Paylaşdığınız materiala verilmiş hökmlə razılaşırsınızsa, qeyri-dəqiqliyi düzəldə bilərsiniz, bu orijinal məzmunun paylaşıldığı eyni linkdə dəyişiklik edərək oxucuya səhv barədə aydın məlumat vermək deməkdir. Dəyişikliyin edilməsi barədə fakt-metrə məlumat verdikdən sonra “Facebook”-dakı ilkin hökmü ləğv edirik. Düzəlişin edilməsi ilə bağlı ətraflı təlimatla aşağıdakı tanış ola bilərsiniz.
● Hökmün şikayət edilməsi: Əgər hökmlə razı deyilsinizsə, şikayət edə bilərsiniz, bundan sonra arqumentlərinizi nəzərdən keçirəcəyik və hökmü ləğv edib etməyəcəyimizə qərar verəcəyik. Şikayət edilməsi ilə bağlı ətraflı təlimatla aşağıdakı tanış ola bilərsiniz
Qeyd! Mübahisəli materialı – bu istər “Facebook” yazısı olsun, istərsə də veb saytda yerləşdirilmiş məlumatlar olsun – silməyin, əks halda “Facebook” tərəfindən sizə qoyulan məhdudiyyətlər qüvvədə qalacaq və nə düzəliş əsasında, nə də şikayət əsasında verilmiş hökmü dəyişdirə biləməyəcəyik.
Kim müraciət edə bilər?
Maraqlı tərəf – mübahisəli materialın yayılmasından birbaşa məsuliyyət daşıyanlar (fərdi istifadəçi, “Facebook” səhifəsi) bizimlə əlaqə saxlayaraq materiala təyin edilmiş hökmün dəyişdirilməsi və ya şikayət tələb edə bilər.
Hansı müddət ərzində şikayət və ya düzəliş üçün müraciət edilə bilər?
Maraqlı tərəf “Facebook”-da yayımlanan material üçün hökm çıxarıldıqdan sonra 7 iş günü ərzində fakt-metrin redaksiyasına (www.factcheck.ge) müraciət edə bilər. Bu son tarixdən sonra verilmiş şikayətlərə baxılmayacaq.
Hansı müddət ərzində reaksiya göstərilir?
● İlkin materiala tam düzəliş edilməsi və bu barədə "Fakt-Metr"-ə (www.factcheck.ge) məlumat verilməsi halında hökm dərhal və ya 2 iş günündən gec olmayaraq nəzərdən keçirilir.
● Hökmün şikayət olunması halında, "Fakt-Metr" (www.factcheck.ge) 5 iş günü ərzində əsaslandırılmış cavab verəcək və hökmün yenidən baxılması və ya qüvvədə saxlanılması barədə qərar qəbul edəcək.
Materiala necə düzəliş edilir?
“Facebook”-da verdiyimiz hökmlə razısınızsa və dərc olunmuş materialı redaktə etmək istəyirsinizsə:
● Qiymətləndirilmiş yazını silməyin! Yazının silinməsi, onun redaktə edilməsi və/və ya “Facebook” tərəfindən qoyulmuş məhdudiyyətləri aradan qaldırılması mümkün olmayacaq.
● Düzəliş dərc olunmuş materialın növünə görə aparılmalıdır:
1. Foto/video materiala düzəliş edidlməsi.
- Səhv məlumat fotoşəkil və ya video şəklində yayımlanıbsa, “Facebook”-dakı foto / video təsvirində düzəlişləri açıq şəkildə göstərin və yazıya edilən dəyişiklikləri də açıq şəkildə izah edin ki, oxucu fotoşəkil/video haqqında dəqiq məlumat alsın. Bunu etmək üçün yenilənmiş məlumatlar üçün yazıya əlavə bağlantılar (“fakt-metr”-in izahlı məqaləsi də daxil olmaqla) əlavə edə bilərsiniz.
2. Müəllif yazısına (text-only post) düzəliş edilməsi
- Əgər dezinformasiya yalnız mətn şəklində (text-only post) yaymısınızsa, onu düzgün məlumatla əvəz edin və əvvəlində yazının dəyişdirildiyini (yeniləndiyini) göstərin. Eləcə də edilmiş dəyişiklikləri aydın şəkildə izah edin. Yenilənmiş məlumat üçün yazıya əlavə bağlantılar (“fakt-metr”-in izahlı məqaləsi də daxil olmaqla) əlavə edə bilərsiniz.
3. Veb saytda yayımlanan məqaləyə düzəliş edilməsi - əvvəlcə veb saytınızda yayımlanan daha sonra “Facebook”-da paylaşılan materialı düzəltmək üçün aşağıdakı dəyişiklikləri edin:
⮚ Saytda yayımlanan materialın əvvəlində mətnin orijinal versiyasında səhv məlumatların olduğunu göstərin və dəyişiklikləri və səhvləri açıq şəkildə izah edin.
⮚ Lazım gələrsə, veb saytda dərc olunmuş məqalənin adını düzəldin, səhv məlumatlar artıq oxunmasın və başlıqğa "düzəliş edilib" ifadəsini artırmaqla məqaləyə düzəliş edildiyini göstərin.
⮚ “Facebook”-da yerləşdirilən izahatda düzəlişləri də açıq şəkildə göstərin. Həm də yazıdakı dəyişiklikləri aydın şəkildə izah edin.
● Materialın orijinal versiyasında düzəliş edildikdən sonra "Fakt-Metr" (www.factcheck.ge) düzəliş nümunəsini yükləyin, doldurun və aşağıdakı elektron poçt ünvanına göndərərək edilən dəyişikliklər barədə bizə məlumat verin. Düzəlişinizi nəzərdən keçirəcəyik və mükəmməl bir şəkildə yerinə yetirilərsə, səhv və düzəldilmiş həqiqətlər barədə oxucuya məlumat verilərsə, “Facebook” platformasında materialınıza verilən hökmü dəyişdirəcəyik.
Düzəliş üçün sorğunu aşağıdakı ünvana göndərin: [email protected]
Qeyd! Yarımçıq düzəliş edildiyi halda hökm dəyişdirilməyəcək. Hökm çıxarıldıqdan sonra 7 iş günü ərzində düzəliş tələbi verilə bilər.
Hökm necə şikayət edilir?
● Qiymətləndirilmiş yazını silməyin! Bir yazını silmək, onun şikayət edilməsini və/və ya “Facebook” tərəfindən tətbiq edilən məhdudiyyətlərin qaldırmasını mümkünsüz edəcək.
● “Fakt-metr”-dən (www.factcheck.ge) şikayət nümunəsini yükləyin və şikayəti doldurun.
● Şikayət tələbini aşağıdakı elektron poçt ünvanına göndərin: [email protected]
Qeyd! Şikayət natamam olduğu və ya gec təqdim edildiyi təqdirdə baxılmayacaq. Hökmə yenidən baxılması üçün tələb qiymətləndirmədən sonra 7 iş günü ərzində verilə bilər.