Raçanın, Şovi bölgəsində sürüşmə ilə bağlı məlumat avqustun 3-də yayılıb. Hazırda (4 avqust, saat 16:00) 11 nəfər ölümü təsdiqlənib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Şovidə xilasetmə işləri artıq 2-ci gündür ki, fasiləsiz davam edir, DİN-in 400-ə yaxın xilasedicisi və müxtəlif hissələrinin əməkdaşları cəlb olunub. Həmin məlumata görə, bu gün səhər saat altıdan etibarən Sərhəd Polisinin 2 helikopteri xilasetmə işlərinə cəlb olunub, müvafiq texnika da səfərbər edilib.
Dünən sərhəd polisinin helikopterləri xilasetmə işlərinə cəlb edilib, lakin gecənin düşməsi ilə əlaqədar Gürcüstanda gecə xilasetmə işləri üçün təchiz edilmiş helikopterlər olmadığından çökən ərazidə iş səhərə qədər dayandırılıb.
Xalq müdafiəçisi Şovidə olan fəlakətə münasibət bildirib və qeyd edib ki, “təəssüflər olsun ki, belə bir böhranlı vəziyyətin öhdəsindən gəlmək üçün lazım olan texniki avadanlığın çatışmazlığı bir daha özünü büruzə verib ki, bu da insanların həyat və sağlamlıq hüququnun müdafiəsi ilə birbaşa bağlıdır".
Hər təbii fəlakətdən sonra xilasedicilərin və ümumi helikopterlərin sayı məsələsi aktuallaşır.
Xilasetmə Xidmətinin öz helikopteri olmadığından fövqəladə hallar zamanı Sərhəd Polisinin helikopterlərindən istifadə edir.
Daxili İşlər Nazirliyinin fəaliyyət hesabatlarına görə (xüsusən də 2013-2014-cü və sonrakı illərin hesabatlarında aviasiya haqqında məlumat yoxdur) Sərhəd Polisinin iki Mİ-8 helikopteri (cəmi 4 belə helikopteri var idi), helikopterlərdən biri Borjomidə baş verən yanğında, digəri isə Qudauri təyyarəsinin qəzaya uğraması nəticəsində sıradan çıxıb). Bir dənə Mi-2, bir dənəAS-350 BV-i tipli helikopter, bir АН-28 tipli təyyarə, iki “Ан-28” tipli təyyarə və bir Super Puma AS332L1e var (məlumatlar qeyd olunduğu kimi 2013-2014 hesabat və dəqiq olmaya bilər).
“Gürcü arzusu” hökumətinin üzvləri müxtəlif vaxtlarda helikopterlərin sayının artırılmasının zəruriliyi ilə bağlı müraciət ediblər.
29 avqust 2022-ci ildə, Qudauri faciəsindən sonra (Qudauridə xilasetmə əməliyyatı zamanı helikopter qəzaya uğradı və göyərtəsində olan 8 nəfərin hamısı həlak oldu. İki xilasedici, təcili yardımın 2 həkimi və sərhəd polisinin 4 pilotu həlak olub) Baş nazir İrakli Ğaribaşvili hökumət əvvəlki hakimiyyətin aldığı “Super Puma”nı satacağını və bu pulla üç yeni helikopter alacağını açıqlayıb. “Bilirsiniz ki, dövlətin bir bahalı, dəbdəbəli vertolyotu var, o da keçmiş hökumət tərəfindən keçmiş prezident üçün alınıb və bir neçə on milyonlarla avro ödənilib. Bu helikopterdən heç kimin istifadə etməməsi bizim qərarımız idi və qeyd etmək istəyirəm ki, bu helikopterin xilasetmə əməliyyatlarında istifadə olunması ilə bağlı fərziyyələrə baxmayaraq, bu yalandır. Qərara gəldik ki, bu vertolyotu istehsal edən zavoda geri qaytaraq, sataq və əvəzinə müxtəlif əməliyyatlar üçün faydalı olacaq 3 yeni helikopter alaq” - deyə İrakli Ğaribaşvili bildirib.
Bundan əvvəl Daxili İşlər Nazirliyinin 10 illik fəaliyyət planının təqdimatında (2 avqust 2021-ci il) daxili işlər naziri Vaxtanq Qomelauri diqqəti Sərhəd Polisində islahatlara yönəldərək və agentliyin istifadəsində olan bütün helikopterlərin əsaslı təmir olunacağını, modernləşdiriləcəyini və Sərhəd Polisi üçün iki yeni helikopter alınmalı olunduğunu qeyd etdi.
Hələ bundan əvvəl, 2019-cu ilin mayında əvvəlki daxili işlər naziri Giorgi Qaxariya parlamentə “Nazir saatı” formatında səfəri zamanı demişdi: “Bu gün sərhəd polisinin infrastrukturunda cəmi bir helikopter var ki, o da sərhəd polisinin rotasiyasına xidmət edir, məsələn: Qış aylarında Tuşetidə vətəndaş yaralanan zaman adi vətəndaşların daşınması, fövqəladə vəziyyətlərin idarəs. Biz bacardıq və ilin sonuna kimi Daxili İşlər Nazirliyinin 4, təbii ki, istismara yararlı yəni yeni olmayan, əsaslı təmir olunmuş vertolyotu olacaq”.
Bu açıqlamalara baxmayaraq, reallıqda Sərhəd Polisinin hələ yeni helikopterləri yoxdur, baxmayaraq ki, ötən il noyabrın 25-də Daxili İşlər Nazirliyi üç H145 helikopterinin alınması üçün sadələşdirilmiş (SMP220003407) satınalma elan edib. Tender sənədlərinin təsvirində bildirilir ki, Sərhəd Polisinin balansında olan bəzi helikopterlər köhnəlib, onların planlı təmiri isə xeyli çətinlik yaradır. Buna görə də Gürcüstan hökuməti sərhəd polisinin balansında olan AS-332 L1e tipli helikopterin satışı müqabilində həm polis, həm də xilasetmə missiyalarında istifadə oluna bilən 3 ədəd müasir standart helikopter almaq qərarına gəlib.
Tender sənədlərinə əsasən, “Airbus Helicopters S.A.S” şirkəti özəlləşdirmə yolu ilə öz təyyarələrini almağa hazır olduğunu bildirib və özəlləşdirmə məbləği kimi 5 milyon 500 min avro müəyyən edilib. Üç helikopterin ümumi dəyəri 26.500.000 avrodur. Helikopterlərin təhvili mərhələli şəkildə həyata keçiriləcək. O cümlədən, birinci helikopter 17 ay, ikinci helikopter 19 ay, üçüncü helikopter isə 20 ay ərzində qəbul ediləcək.
Ümumiləşdirsək, Gürcüstan hökumətinin rəsmiləri uzun illərdir ki, xilasedici helikopterlər əldə olunması ilə bağlı açıqlamalarına baxmayaraq, ən yaxşı halda Gürcüstanda üç xilasedici helikopterimiz, 10-12 ay ərzində olacaq.
“Gürcü Arzusu”nun nümayəndələri də Milli Hərəkatın aldığı “Super Puma”nı büdcə vəsaitlərinin israfı hesab etdikləri dəbdəbə kimi daim vurğulayırdılar. “Milli Hərəkat” 11 ildir ki, hakimiyyətdə deyil. “Gürcü Arzusu”nun nümayəndələri də Milli Hərəkatın aldığı “Super Puma”nı büdcə vəsaitlərinin israfı hesab etdikləri dəbdəbə kimi daim vurğulayırdılar. Müqavilə şərtlərinə əməl olunarsa, biri gələn ilin mayında Gürcüstanda olacaq üç yeni helikopter əldə olunmasl üçün fəaliyyətsiz qalan “Puma” istehsalı olan helikopteri istehsalçı şirkətə geri satmaq və müqabilində yenilərini almaq, “Gürcü Arzusu” hakimiyyətinə bu qədər vaxt lazım gəldi.
Foto:მთის ამბები / mtisambebi.ge