İrakli Kobaxidze: Qvaramiyaya qarşı ittiham Dodona qarşı ittihamdan qat-qat ciddidir
Verdikt: Fakt-Metrin yekun nəticəsinə görə, İrakli Kobaxidzenin dedikləri yalandır.
Xülasə: Nika Qvaramiyaya qarşı irəli sürülən ittihamlar arasında Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin C bəndində nəzərdə tutulan ən ağır cinayət çirkli pulların yuyulması (çirkli pulların yuyulması) olub ki, bu da maksimum 12 il həbs cəzası nəzərdə tutur. Lakin məhkəmə bu hissədə təqsirləndirilən şəxslərə bəraət qazandırıb.
Hakimin Qvaramiyanı təqsirli bildiyi yeganə maddə vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 220-ci maddədir. Cəzanın maksimum müddəti 5 ildir.
Moldovanın keçmiş prezidenti İqor Dodona gəlincə, ona qarşı bir sıra işlər, o cümlədən dövlətə xəyanət və passiv korrupsiya kimi ağır cinayətlərə görə qaldırılıb.
Moldova Cinayət Məcəlləsinə əsasən, passiv korrupsiya (yüksək vəzifəli şəxs tərəfindən törədilən) maksimum 7 ildən 15 ilədək həbs cəzasını (müvafiq cərimələr və müəyyən vəzifə tutma hüququ məhdudlaşdırmaqla) nəzərdə tutur. Eyni məcəllə ilə dövlətə xəyanət 12 ildən 20 ilə qədər həbslə cəzalandırılır.
Təhlil
“Gürcü Arzusu”-nun sədri İrakli Kobaxidzenin təsdiqilə, “Mtavari Arxinin” baş direktoru Nika Qvaramiyaya qarşı irəli sürülən ittihamlar Moldovanın keçmiş prezidenti İqor Dodniyə qarşı irəli sürülən ittihamlardan qat-qat ciddidir.
“Qvaramiyaya qarşı ittiham Dodniyə qarşı ittihamdan qat-qat ciddidir. Orada da korrupsiya işi ilə əlaqəlidri, burada da korrupsiya işi işi ilə əlaqəlidir. 2004-2012-ci illər dövrünə gəldikdə, Qvaramiya həmin dövrdə hansı cinayətləri törətsə də, bunun onda biri Dondonun yuxusunada girə bilməz. Bu bir reallıqdır" – deyə o bildirdi.
Fakt-metr İrakli Kobaxidzenin bəyanatını yoxlayıb.
Dodona qarşı istintaq
Mayın 24-də Moldovanın keçmiş prezidenti İqor Dodon 72 saat müddətinə həbs edilib. Həbsdən əvvəl onun evində axtarış aparılıb. KİV-in məlumatına görə, sabiq prezidentə qarşı korrupsiya və dövlətə xəyanət kimi bir sıra işlər qaldırılıb. Daha dəqiq desək, işlər dövlətə xəyanət, passiv korrupsiya, qanunsuz varlanma və “partiyaların qeyri-qanuni maliyyələşdirilməsi” ilə bağlıdır.
Yayımlanan görüntülərə görə Dodona qarşı istintaq 2020-ci ildə başlayıb. Videoda Moldova “Demokratik Partiyasının” keçmiş lideri, o vaxt prezidentlik postunu tutan oliqarx Vladimir Plahotniuk Dodonun çox güman ki, pulla dolu paket verir.
Hazırda Kremlyönlü müxalifət partiyasının lideri olan İqor Dodon 2016-2020-ci illərdə ölkə prezidenti postunu tutub.
Nika Qvaramiyanın işləri
Bu il mayın 16-da “Mtavari Arxinin” baş direktoru Nika Qvaramiya Tbilisi şəhər məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hakim Qvaramiyanı cinayət məcəlləsinin 220-ci, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə təqsirli bilib.
Prokurorluğun Nika Qvaramiyaya qarşı irəli sürdüyü ittihamlar onun “Rustavi 2” televiziyasının baş direktoru olduğu dövrə (2014-2019) aiddir.
Daha dəqiq olaraq, 2019-cu ildə ağırlaşdırıcı şəraitdə törədilmiş mülkiyyət hüquqlarını mənimsəmə, kommersiya rüşvətxorluğu, saxta rəsmi sənəd hazırlama və istifadə etmə, qanunsuz gəlirlərin leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.
Qısaca - irəli sürülən ittihamlar haqqında “Beynəalxalq Şəffaflıq – Gürcüstan”-a əsasən.
Mənimsəmə və sui-istifadə (Cinayət Məcəlləsinin 182-ci maddəsi)
İttiham tərəfinin fikrincə, Nika Qvaramiya “Rustavi 2”-nin baş direktoru olduğu müddətdə öz iş öhdəliyini pozub, vicdanlı və şirkətin maraqlarına uyğun hərəkət etməyib.
2015-ci il yanvarın 16-da MMC “İnter Media Plus” şirkəti ilə “Rustavi 2” şirkəti arasında ümumi müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2015-ci ilin sentyabr-dekabr aylarında “Rustavi 2” MMC “İnter Media”-ya kommersiya reklamı yerləşdirmək hüququ verib. Hüququn güzəşti üçün "Rustavi 2" 2014-cü ildə oxşar xidmət üçün imzalanmış müqavilədə göstərilən qiymətdən daha az kompensasiya tələb etdi. Prokurorluğun yuxarıda qeyd olunan versiyasına görə, Qvaramiya şirkətin maliyyə direktoru Kaxaber Damenia ilə birlikdə Rustavi 2-nin əmlakını mənimsəyib, nəticədə şirkətə 6 763 509 lari məbləğində maddi ziyan dəyib.
Həmçinin, prokurorluğun məlumatına görə, teleşirkət külli miqdarda maliyyə itkisinə məruz qalıb və bunun müqabilində Nika Qvaramiya və ailəsi faktiki olaraq 232 201 lari dəyərində avtomobilə - “Porsche Macan S”-ə sahib olub.
Kommersiya məqsədi ilə rüşvət alma, habelə saxta rəsmi sənəd hazırlama və istifadə etmə (CM-in 221; 362-ci maddələri)
İttihama görə, Nika Qvaramiya 21 mart 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında “Rustavi 2”-yə məxsus mülkiyyət hüququnu mənimsəməsi müqabilində MMC “İnter Media Plus” şirkətindən xeyir şəklində daşınmaz əmlak (iki mənzil) alıb.
Daşınmaz əmlakın təminatı üçün 2016-cı il iyulun 5-i və 25-də saxta (qondarma) kredit müqavilələri bağlanıb. Yuxarıda deyilənlərə əsasən, guya kredit öhdəliyini qaytarmaq müqabilində MMC “Inter Media Plus” şirkətinin direktoru onu alqı-satqı müqaviləsi əsasında Nika Qvaramiyaya təhvil verib.
Çirkli pulların yuyulması (Cinayət Məcəlləsinin 194-cü maddəsi)
Prokurorluğun məlumatına görə, Nika Qvaramiya daşınmaz əmlak aldıqdan sonra o, qanunsuz gəlirlərini leqallaşdırmaq niyyətində olub.
İttiham tərəfinin fikrincə, Nika Qvaramiya cinayət yolu ilə əldə etdiyi əmlakı, onun əsl mahiyyətini, mənşəyi və mülkiyyət hüququnu leqallaşdırmaq məqsədilə 2017-ci il iyulun 7-də və 26 sentyabr tarixlərində 602 521,80 lari dəyərində daşınmaz əmlak satıb, nəticədə o, gəlir məbləği olaraq xüsusi külli miqdarda pul alıb.
Son olaraq, Nika Qvaramia "Rustavi 2" və qondarma 6 763 509 lari zərər vurmaqda avtomobil epizodunda təqsirli bilinib. Bu hissədə məhkəmə ittiham tərəfinin törədilmiş cinayətin (mənimsəmə və ya sui-istifadə) hüquqi kvalifikasiyasına verdiyi qiymətlə razılaşmasa da, ittiham tərəfinin təqdim etdiyi sübutları tam şəkildə bölüşdü. O cümlədən, hakim ittihamları Cinayət Məcəlləsinin 220-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə tövsif edib.
İrakli Kobaxidzenin açıqlamasını dəyərləndirərkən ilk növbədə onu qeyd edək ki, məhkəmə artıq Nika Qvaramiya ilə bağlı hökm çıxarmışdır. Buna baxmayaraq, hakim komandanın sədri hələ də ittihamdan və onun ağırlığından danışır. Yuxarıda qeyd edildiyi kimi, Nika Qvaramiya prokurorluq tərəfindən bir sıra maddələrlə ittiham olunsa da, məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə təqsirli bilib (Mtavari Arxinin direktorunun cinayət məsuliyyətinə cəlb edilməsinin nə dərəcədə ədalətli olması ayrı məsələdir, hətta təkcə 220-ci maddə üzrə). Cinayət Məcəlləsinə görə, bu maddə ilə cəzanın maksimum müddəti 5 ildir ki, bu da cinayətin az ağır cinayətlər kateqoriyasına aid edilməsi deməkdir.
Qeyd edək ki, “Gürcüstan Demokratik Təşəbbüsünün” ictima şəkildə tələb etdiyi rəsmi statistikaya əsasən, son 5 ildə (2017-2021-ci illər) cinayət məcəlləsinin 220-ci maddəsi ilə (bunun əsasında Qvaramiyaya 3 il 6 aya qədər azadlıqdan məhrum etmə hökmü oxunub) heç kim azadlıqdan məhrum edilməyib.
Qvaramiyaya qarşı irəli sürülən digər ittihamlar arasında ən “ağır”ı cinayət məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “c” bəndi (qanunsuz gəlirlərin leqallaşdırılması (çirkli pulların yuyulması)) üzrə maksimum 12 il cəza nəzərdə tutan cinayət olub. Lakin qeyd edildiyi kimi, məhkəmə bu hissədə təqsirləndirilən şəxsə bəraət verib.
Moldovanın keçmiş prezidenti İqor Dodona gəlincə, qeyd etdiyimiz kimi, ona qarşı bir sıra işlər, o cümlədən dövlətə xəyanət və passiv korrupsiya kimi ağır cinayətlərə görə qaldırılıb.
Moldova cinayət məcəlləsinə əsasən, passiv korrupsiya (yüksək vəzifəli şəxs tərəfindən törədilir) maksimum 7 ildən 15 ilədək həbs cəzasını (müvafiq cərimələr və müəyyən vəzifə tutma hüququ məhdudlaşdırmaqla) nəzərdə tutur. Dövlətə xəyanət, eyni məcəlləyə görə, 12 ildən 20 ilə qədər həbs cəzası nəzərdə tutur.
Yuxarıda deyilənlərə əsaslanaraq, İrakli Kobaxidzenin Nika Qvaramiyaya qarşı ittihamın İqor Dodona qarşı irəli sürülən ittihamdan qat-qat ağır olması barədə bəyanatı yalandır.
Qeyd edək ki, Nika Qvaramiyaya qarşı cinayət ittihamının irəli sürülməsinə həm yerli, həm də beynəlxalq qeyri-hökumət təşkilatları, müxalifət və media nümayəndələri, eləcə də ölkənin beynəlxalq tərəfdaşları tərəfindən tənqidi reaksiya verilib. Qvaramiyaya qarşı çıxarılan hökm onlar tərəfindən tənqidi medianın təqibi kimi qiymətləndirilib.
İrakli Kobaxidzenin bəyanatının Nika Qvaramiyanın 2004-2012-ci illərdə törətdiyi “cinayətlər”dən danışdığı hissəsinə gəlincə, belə bir əsası olmayan iddialar “Gürcü Arzusu” nümayəndələrinin tanış təcrübəsidir. İqtidarı/müxalifəti tənqid edənləri diskretitasiya üçün iqtidar komandası dəfələrlə dezinformasiya və sui-qəsd nəzəriyyələrindən istifadə edib, bir çox ciddi iddialar eşitmişik, lakin indiyə qədər bu iddialara görə heç kim məsuliyyət daşımayıb (Fakt-Metrin oxşar işlər/ittihamlar haqqında məqaləsinə baxın)
Əslində, məhkəmə heç vaxt Nika Qvaramiyanı “Milli Hərəkatın” fəaliyyəti dövründə törətdiyi cinayətlərə görə mühakimə etməyib.
Nika Qvaramiya (əvvəlki hökumət dövründə ədliyyə və təhsil naziri olub) “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra ilk dəfə 2012-ci il dekabrın 21-də ittiham irəli sürülüb. O, rüşvət almaqda, çirkli pulların yuyulmasında, dələduzluğa köməklik etməkdə və saxta hesablaşma sənədləri hazırlamaqda və istifadə etməkdə ittiham olunub. Lakin sonda məhkəmə onu təqsirsiz hesab edib.
2017-ci ildə özünüidarəetmə seçkilərindən əvvəl çevrilişlə bağlı davam edən istintaq çərçivəsində Nika Qvaramiya və “Avropalı Gürcüstanının” lideri Qiqa Bokeriya dindirilməyə çağırılıb. Lakin bu işdə onların heç birinə hüquqi məsuliyyət qoyulmayıb.
Yuxarıda qeyd olunanlardan irəli gələrək, İrakli Kobaxidzenin bütün bəyanatı bir tərəfdən yalan, digər tərəfdən isə hökuməti tənqid edənlərə qarşı aparılan diskretitasiya kampaniyasının bir hissəsidir hansını ki, “Gürcü Arzusu” dezinformasiya olaraq fəal şəkildə istifadə edir.