Qeyri-endemik ölkələrdə “meymun çiçəyinə” virus yoluxma halları artmaqdadır ki, bu da qlobal səhiyyə nümayəndələrini narahat edir.
Qeyri-endemik ölkələrdə “meymun çiçəyinə” yoluxma halları artmaqdadır ki, bu da qlobal səhiyyə rəsmilərini narahat edir. Virus adətən Mərkəzi və Qərbi Afrikada rast gəlinir. Mayın 27-nə olan məlumata görə, xəstəliyin endemik olmadığı 20-yə yaxın ölkədə (əsasən Avropada) 200-dən çox “meymun çiçəyinə” yoluxma halı qeydə alınıb.
Meymun çiçəyi nədir və necə yayılır?
“Meymun çiçəyi” insanlara əsasən gəmiricilər və primatlar vasitəsilə keçən zoonoz virus xəstəliyidir. Virusun insandan insana ötürülməsi yoluxmuş şəxslə sıx fiziki təmasda və ya yoluxmuş obyektlərlə təmasda baş verir. Cinsi yolla da yayılır.
“Meymun çiçəyi” ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında müəyyən edilib. Virusun iki əsas ştammı var - Qərbi Afrika və Mərkəzi Afrika.
“Meymun çiçəyi”nin orta ölüm nisbəti 3-6% təşkil edir. Qərbi Afrika ştammı nisbətən mülayim bir klinik kurs ilə xarakterizə olunur, ölümcüllük dərəcəsi təxminən 1% təşkil edir. Mərkəzi Afrika ştammından ölüm nisbəti 10% daxilindədir.
"Meymun çiçəyinin“ simptomlarına daxildir: qızdırma, şiddətli baş ağrısı, əzələ ağrıları, bel ağrısı, zəiflik, limfa düyünlərinin şişməsi (limfadenopatiya) və dəri döküntüsü daxildir. Semptomların başlamasından 1-3 gün sonra səpgilər əvvəlcə üzdə başlayır, sonra bütün bədənə, əsasən də əllərin ovuclarına və ayaq altına yayılır. Xarakterik bir simptom səfeh ağrısıdır.
Xəstəlik nə qədər təhlükəlidir?
Xəstəlik adətən yüngül keçir. Əksər hallarda simptomlar 14-21 gün ərzində öz-özünə yox olur, baxmayaraq ki, kursun kəskinləşməsi və tibbi nəzarətə ehtiyac ola bilər.
İnsanın çiçək xəstəliyinə qarşı mövcud olan peyvənd həm də "meymun çiçəyi" virusundan effektiv şəkildə qoruyur. Lakin qeyd etmək lazımdır ki, 1979-1980-ci illərdən sonra çiçəyə qarşı peyvənd dayandırılıb, çünki çiçək xəstəliyi dünyada məhv edilmiş yeganə infeksiyadır. ÜST-ə görə, yoluxmuş kontaktların peyvənd edilməsi mümkün olsa da, bu mərhələdə kütləvi peyvənd lazım deyil. Hal-hazırda bir neçə poliomielit peyvəndi mövcuddur.
Ancaq infeksiya halında, xəstəlik çiçəyə qarşı antiviral preparatlarilə müalicə edilə bilər.
Yeni pandemiya təhlükəsi mövcuddur yoxsa yox?
Hal-hazırda dünyanın yeni bir virus və yeni bir pandemiya ilə təhdid edildiyi haqqında miflər dolaşır.
“Meymun çiçəyi” yeni virus deyil, Afrika ölkələrində geniş yayılıb və alimlər virusun təbiətini araşdırıblar. Virus infeksiyasının qeyri-endemik ərazilərdə, (Avropa, Amerika, Avstraliya qitəsi) yayılması alimlərin diqqətini çəkdi.
Əslində indiki mərhələdə “meymun çiçəyi” pandemiyası təhlükəsi yoxdur. Çünki, koronavirusla, eləcə də digər viruslarla (məsələn, qızılca, insan iflici kimi) müqaisədə meymuna virusunun ötürülməsi çox yavaş baş verir. Bundan əlavə, xəstəliyin müalicəsi üçün dərmanlar və virusa qarşı peyvənd artıq mövcuddur.
Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, vaxtında və çevik tədbirlər görülsə, virusun qeyri-endemik ölkələrdə yayılmasının qarşısını almaq tamamilə mümkündür.
Gürcüstanda indiyədək “meymun çiçəyinə” rast gəlinməyib. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, “meymun çiçəyi” təşviş üçün əsas deyil. Profilaktik tədbirlərə gəlincə, ölkədə səpgi ilə əlaqəli xəstəliklərə nəzarət artır.