Marneulidə körpünün alt hissəsində yeni park salınacaq.

Zaur Dağallı: Marneulidə körpünün alt hissəsində yeni park salınacaq. 

Hökm: Fakt-Metrin qənaətinə əsasən Zaur Darğallının vədi icra olunmayıb.

Xülasə: 2019-cu ildə Marneuli Bələdiyyəsinin yeni seçilmiş meri-Zaur Darğallı yerli  mediaya ilə müsahibə zamanı bildirmişdir ki, Marneuli şəhərini gələcəkdə başqa-başqa yeniliklər gözləyir. Xüsusi olaq isə  verdiyi vədə əsasən, Marneuli şəhərində olan bütün istrahət meydanlar abadlaşdırılaraq yenidən qurulacaq, həmçinin yeniləri açılacaq. İnşa olunacaq  parklar arasında  Marneuli  körpüsünün alt hissəsində yeni parkın açılışı da nəzərdə tutulmuşdu.  

"Fakt-Metrin”  araşdırmasına əsasən,  Marneulinin keçən ilki büdcəsində qeyd olunan  meydanların və körpünün alt hissəsinin abadlaşdırılması üçün lazımi vəsait nəzərdə tutulmayıb və cari ilin büdcəsinə də daxil edilməyib. Bütün bu qeyd olunanlar,  şəhərdə olan park və  istrahət meydançalarının abadlaşdırılma işlərinin bu günə qədər aparılmadığının və planlaşdırılmadığının sübutudur.  Rustaveli küçəsinin abadlaşdırılması mövzusuna gəldikdə isə,""Fakt-Metr" bununla bağlı cari  ilin ferval ayında məqalə dərc etdi. Verilən vəd indi ki, vəziyyətdə də yerinə yetirilməyib. Bələdiyyə 2022-ci ildə sadəcə olaraq küçələrin abadlaşdırılması üçün smeta sənədlərini  satın alıb.

Analiz: 2019-cu ildə Marneuli Bələdiyyədinin meri Zaur Darğallı əhaliyə Marneuli şəhərində olan  istrahət meydanlarının abadlşadırılması,eləcə də yeni meydanların yaradılması və körpünün alt hissəsində yeni parkın salınması ilə bağlı söz verdi. Konkret olaraq, Zaur Darğallı yerli musahibə zamanı bildirdi:  "Əlbəttə ki,körpünün alt hissəsi çox maraqlı yerdir. Həmin ərazini əhali üçün çox gözəl parka çevirəcəyik. Hazırda müsabiqə elan edirik, bizə hansı təkliflərin gələcəyi çox maraqlıdır. Artıq bununla bağlı baxışımız var. İstəyirik o yeri Dostluq Meydanı adlandıraq. Gələn il, mərhələ-mərhələ şəhərimizin abadlaşdırılması ilə bağlı Marneulidəki bütün park və meydanların tam yenilənməsi, körpünün aşağı hissəsinin tamamilə yenilənməsi və Rustaveli prospektinin abadlaşdırılması kimi gözəl xəbərlərimiz olacaq”.

"Fakt-Metr”  Zaur  Darğallının vədini verdiyi infrastruktur lahiyələrinin həqiqətən də həyata keçirilib-keçirilməməsi ilə maraqlandı. Görünən odur ki,  Marneulidə mövcud meydanların abadlaşdırılması, eləcə də körpünün alt hissəsində park salınması məsələsi Zaur Darğalının bələdiyyə başçılığı dövründə  və ondan sonra da Marneuli bələdiyyəsinin büdcəsində nəzərdə tutulmayıb. "Fakt-Metr-in"araşdırmasına əsasən, qeyd olunan ərazinin parka çevirilməsi üçün lazım olan məbləğ Marneuli Bələdiyyəsinin cari ilin büdcəsinə daxil edilməyib.

"Fakt-Metr" qeyd olunmuş körpünün alt hissəsinin vəziyyəti ilə yerində tanış olub.  Qeyd olunan  yerdə heç  bir parkla rastlaşa  bilmədik. Maraqlısı odur  ki, körpünün infrastrukturu o qədər zədələnib ki, əhalinin piyada hərəkəti belə çətinləşib. Çəkdiyimiz şəkilə baxın.

Marneuli Bələdiyyə körpüsü.

Qeyd etmək lazımdır ki, Rustaveli prospektində də abadlaşdırma işləri aparılmayıb. Biz bu ilin fevral ayında bu mövzu üzərində işlədik və aydın oldu ki, bələdiyyə 2022-ci ildə sadəcə küçələrin abadlaşıdırlması üçün smeta sənədlərini satın alıb.

Yuxarıda qeyd olunanlara əsasən  Marneuli bələdiyyəsinin keçmiş merinin vədi icra olunmayıb.