Rusiyanin Ukraynaya daxil olması ilə bağlı tvm.ge sonraki məlumatları paylaşıb:
“Gəlin siyasətin başını buraxaq, əgər dini müvqedən baxsaq, Rusiya-Ukrayna müharibəsində Rusiyanın tərəfində olmalıyıq. Ukrayna tərəfində olanlar Pravoslavlığın və Gürcüstanın düşmənidir. Onlar millətçi, liberal və zəhərlə peyvən olunmuş insanlardır. Neytrallıq vurğulayan Gürcüstan əhalisinin 70 faizi bildirir ki, mən Rusiya tərəfində olmalıyam, ancaq liberalların onları satqın adlandırmasından qorxurlar. Yaxşıyın da, satqın liberallar nə desələrdə Ukrayna bayrağını havalandırmaq, xəyanətdir. Gürcüstanın bayrağı yoxmuş kimi başqa bayraqlara ibadət edirlər. Rusiya Tövhid pravoslavdır. Rusların donuz dedikləri mənəvi cəhətdən daha yaxın xalqdır. Kimlər üçün isə Ukrayna pravoslavdır. Belə deyil, Ukraynanın avtokefaliyası yoxdur və rus kilsəsinə tabedir. Ukraynanın avtokefaliyasını tanıyan bir tək Dünya Patriarxı Varfolomeydir. Varfolomey isə Şeytanın xidmətçisidir. Xristian gürcülər Rusiyaya azərkeşlik etməlidirlər. İndi deyəcəklər ki, Rusiya dinc əhalini qətlə yetirir. Belə deyil, bunu digər qüvvələr, neonasistlər edirlər və bizim fahişə medialarımız bizi aldadlır ki, milləti ruslar öldürür. Rusların, NATO-nun regiona daxil olmasına qarşı olduğunu ki, hamı bilir. “Gürcüstanda əhalinin 70%-i Rusiya ilə əlaqələrin nizamlanmasının tərəfdarıdır və bizim fahişə medialar oriyentasiyanızı dəyişməsin.
Dezinformasiya: Gürcüstan əhalisinin 70%-i Rusiya tərəfdarıdır.
Tvm.ge iddia edir ki, Gürcüstanın 70 faizi bilir ki, Rusiya tərəfində olmalıdır. Lakin, qeyd olunan iddianın heç bir əsaslı təsdiqi yoxdur. Gürcüstanda Ukraynaya dəstək məqsədli bir çox irimiqyaslı aksiyalar keçirilib. Qlobal tədqiqat və idarəetmə konsaltinq şirkəti ACT tərəfindən Gürcüstanda Ukrayna münaqişəsi ilə bağlı əhalinin əhval-ruhiyyəsi qeydə alınıb. Sorğu göstərib ki, əhalinin 88%-i Ukraynanın qalib gəlməsini, yalnız 1%-i isə Rusiyanın qalib gəlməsini istəyir (tvm.ge-nin iddia etdiyi kimi 70% yox). Eyni zamanda, 84% Rusiyanı düşmən hesab edir, cəmi 11% isə yox. Həmçinin, sorğuya əsasən, əhalinin 87%-i “Ukraynanın müharibə bizim də müharibəmizdir” deyə hesab edir.
Gürcüstanda tez-tez Rusiya ilə bağlı rəy sorğuları keçirilir. Beynəlxalq Respublika İnstitutunun məlumatına görə, 2019-cu ildə Gürcüstanda Rusiya ilə dialoq tərəfdarlarının sayı 46%-ə qədər azalıb. Onu da qeyd etmək lazımdır ki, 66% hesab edir ki, Gürcüstan Avropaya inteqrasiyadan daha çox qazanc əldə edə bilər, nəinki Rusiya ilə yaxşı münasibətdən. Yalnız 12% Gürcüstanın milli təhlükəsizliyini gücləndirmək üçün Rusiya yönlü oriyentasiyanı, Avrasiya İqtisadi İttifaqına üzvlük, NATO və Aİ inteqrasiyasından imtinanı və ya hərbi təşkilatlara üzvlükdən imtinanı zəruri hesab edir. Həmçinin, yalnız 13% Gürcüstana ən çox Rusiyanın kömək edə biləcəyini düşünür (43% - Avropa İttifaqı və 27% - ABŞ). Rusiyaya işləmək və yaşamaq üçün yalnız 5 faiz getmək istəyir, təhsil almaq üçün isə demək olar ki, heç kim (İlk yerləri Aİ ölkələri və ABŞ tutur) getmək istəmədiyini bildirir.
Dezinformasiya: Ukrayna əhalisini, Rusiya yox Ukraynalı radikallar qətlə yetirir.
tvm.ge-nin ikinci iddiasına görə, Rusiya mülki insanları öldürmür, digər qüvvələr, yəni neonasistlər edir bunu, Gürcüstan mediası isə Rusiyanın mülki insanları öldürdüyünü iddia edərək yalan danışır. BMT-nin 13 mart 2022-ci il tarixli məlumatına görə, Rusiyanın Ukraynaya hücumu nəticəsində 43-ü uşaq olmaqla, azı 596 mülki şəxs həlak olub, 57-si uşaq olmaqla, 1067 nəfər yaralanıb. Lakin bunlar BMT tərəfindən artıq təsdiqlənmiş rəqəmlərdir və BMT hesab edir ki, həlak olanların sayı faktiki qurbanların sayı “daha çoxdur”. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Ukraynada davam edən müharibədə 90 uşaq həlak olub, 100 uşaq isə yaralanıb.
Müvafiq olaraq tvm.ge tərəfindən yayılan məlumatlar saxta xəbərdir.
Bu iki yalan iddiadan əlavə, tvm.ge Rusiya və Kreml yönümlü müharibə təbliğatıdır. Nəşriyyat Rusiyaya dəstəyini Rusiyanın "Tövhid" arqumenti ilə izah edir. Məlumat üçün bildirək ki, Rusiya hərbçilərinin hücumu insan tələfatı ilə yanaşı, bir neçə pravoslav kilsəsinə də ziyan vurub.
Eyni zamanda, müxtəlif pravoslav kilsələrinin nümayəndələri Rusiyanın hərbi təcavüzünə münasibət bildirdilər. Hətta Moskva Patriarxlığının rəhbəri Putini Ukraynadakı müharibəni dayandırmağa çağırıb.
Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı, II İliya müharibə ilə bağlı bəyanatla çıxış edərək, Ukraynanın ərazi bütövlüyünü və gözlənilən qan tökülməsini vurğuladı və Ukrayna xalqına sülh arzuladı. Gürcüstan Patriarxlığı iki dəfə Ukraynaya humanitar yardım göndərib. Patriarx naibi Şio isə Ukrayna xalqına dəstək bəyanatilə çıxış edib. Lakin, Patriarxın qardaşı oğlu Möhtərəm Dmitri, Putini “bəşəriyyəti nüvə silahı ilə hədələyən və özünü xristian hesab edən pis hökmdar” və “xristian dəyərləri ilə heç bir əlaqəsi yoxudur”- deyə adlandırıb.
------------------------------------------------------------------
Məqalə, “Facebook”-un faktları yoxlamaproqramıçərçivəsində hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bulinkdənbaxa bilərsiniz. Məlumata düzəliş və hökmdən şikayəti etmək barədə məlumatıburadatapa bilərsiniz.