2021-ci il dekabrın 1-də Marneuli Bələdiyyəsi şurası növbədənkənar sessiyasında 2022-ci ilin büdcəsini təsdiqlədi.
1 dekabr 2021-ci il tarixində Marneuli Bələdiyyəsi şurası növbədənkənar sessiyasında 2022-ci ilin büdcəsini təsdiqlədi. Marneuli Bələdiyyəsinin 2022-ci il üçün büdcəsi 36 539 800 lari təşkil edir. Təsdiq olunmuş büdcə planına əsasən, Marneuli özünüidarəetmə orqanlarında (dövlət işçilərinin) işçilərinin sayı 262 nəfər müəyyən edilib. Məhz: Marneuli Bələdiyyəsinin Meriyasında - 218, Marneuli Bələdiyyə Şurasında - 32 və 12 nəfər hərbi qeydiyyat, çağırış və səfərbərlik xidmətində çalışacaq ki, bu da 2021-ci illə müqayisədə 8 vahid azdır. Buna baxmayaraq, əmək haqqı üçün ayrılan məbləğ 433,5 min lari artaraq 4,996,000 lari təşkil edir.
Hökumətin qərarına əsasən, 2022-ci ildə dövlət qulluqçularının maaşlarının 10% artırılması nəzərdə tutulmuşdu ki, bu da Marneuli yerli özünüidarəetməsinin 2022-ci il büdcəsində öz əksini tapıb. Maraqlıdır ki, artırılmış büdcə çərçivəsində təkcə dövlət qulluqçularının deyil, siyasi vəzifəli məmurların da maaşları artırılıb. O cümlədən, Marneuli merinin maaşı 4100 lari idi, bu il 5500 lari təşkil edir. Bələdiyyə Şurası sədrinin maaşı 5500 lari müəyyən edilib. Merin birinci müavininin maaşı 3700 lari yerinə, 4400 lari olacaq.
Marneuli Bələdiyyə Şurası sədrinin birinci müavininin maaşı 4400 lari, ikinci və üçüncü müavininin maaşı isə 3850-3850 lari oldu.
Marneuli Bələdiyyə Şurasında cəmi iki fraksiya yaradılıb, “Gürcü Arzusu – Demokratik Gürcüstan” və “Vahid Milli Hərəkat”. Bələdiyyə Şurasının qərarına əsasən, fraksiya sədrlərinin maaşı 3190 lari olacaq ki, bu da onların hər birinin maaşının 1390 lari artması deməkdir.
Bundan başqa, “Gürcü arzusu – Demokratik Gürcüstan” fraksiyasının 7, “Vahid Milli Hərəkat” fraksiyasının sədrinin isə 1 muavini var. 2022-ci ilin büdcəsinə əsasən, fraksiya sədrinin müavininin maaşı 2530 lari olub. Yuxarıda göstərilənlərdən əlavə, Marneuli Bələdiyyə Şurasında 5 komissiya yaradılıb. Bələdiyyə Şurasının qərarına əsasən, komissiya sədrinin maaşı 3190 lari olacaq.
Maaşın ümumi məbləğinin 191,400 lari ölkənin müdafiə potensialının artırılması proqramının payına düşür. Bu istiqamətdə 12 nəfər işlə təmin olunub. Onların maaşlarının böyük bir hissəsi, 188,4 min lari dövlət büdcəsi fondundan, 3 min lari isə öz gəlirləri hesabına maliyyələşir. 2021-ci ildə eyni sayda işçi üçün ümumi əmək haqqı 174 400 lari təşkil edib ki, bunun da yarıdan çoxu öz gəlirləri hesabına maliyyələşdirilib - 87 500 lari.
Özünüidarəetmə orqanlarında işçilərin sayının səkkiz vahid azaldılmasına gəlincə, bu, Bələdiyyə Şurasının işçilərinə təsir etdi - 2021-ci ildə Marneuli Bələdiyyəsinin qanunverici orqanında 40 nəfər işcinin maaşı 88 500 min lari müəyyən edilmişdi, bu il isə 32 işçi 1.033.900 lari maaş alacaq.