Zaur Darğallı: 2021-ci ildə Marneulinin iki əsas küçəsi, Səməd Vurğun və Şota Rustaveli küçələrinin , eləcə də körpünün yenidən qurma işləri aparılacaq.
Hökm: Fakt-Metrin qənaətinə əsasən Zaur Darğallının vədi İcra olunmayıb
Xülasə: 2019-cu ildə, Marneuli yerli özünüidarə seçkilərindən əvvəl “Gürcü Arzusu - Demokratik Gürcüstan”-ın mer vəzifəsinə namizədi Zaur Darğallının vədlərindən biri Marneulidə Səməd Vurğun və Şota Rustaveli küçələrinin, eləcə də bazar ərazisində yeləşən körpünün reabilitasiyası idi. İşlər 2021-ci ilin sonuna qədər başa çatdırılmalı idi.
Fakt-Metrin-in 2022-ci ilin yanvar ayına olan araşdırmasına əsasən, qeyd olunan küçələrin abadlaşdırılması üçün lazım olan məbləğ Marneulinin 2021-ci il büdcəsində nəzərdə tutulmayıb və cari ilin büdcəsinə də daxil edilməyib. Körpü məsələsində gəlikdə isə körpü və bir neçə başqa daxili yolların reabilitasiyası məqsədilə, Bələdiyyə yalnız layihə-məsrəf sənədlərini alınması üçün tender elan edib. Reabilitasiya işləri üçün lazım olan məbləğ 2022-ci ilin büdcəsində nəzərdə tutulub.
Analiz: 2019-cu ildə, Marneuli yerli özünüidarə seçkilərindən əvvəl “Gürcü Arzusu - Demokratik Gürcüstan”-ın mer vəzifəsinə namizədi Zaur Darğallı Marneulidə Səməd Vurğun və Şota Rustaveli küçələrinin, eləcə də bazar ərazisində yeləşən körpünün reabilitasiyası vədini verdi. Zaur Darğallının seçki broşurunda qeyd olunub ki, 2021-ci ildə Marneulidə Səməd Vurğun və Şota Rustaveli küçələrinin, eləcə də bazar ərazisində yeləşən körpünün reabilitasiya məsləsi öz həllini tapacaq. Reabilitasiya işləri ötən il başlamalı və elə həmin il başa çatdırılmalı idi, lakin Marneuli Bələdiyyəsi bu məqsədlə lazımi xərcləri 2021-ci ilin büdcəsinə daxil etməyib.
Cari ilin büdcəsində sadəcə olaraq bazar əzrazisində yerləşən körpünün reabilitasiyası üçün lazım olan xərclər qeyd olunub. Səməd Vurğun və Şota Rustaveli küçələrinin abadlaşdırılma işləri yenidən təxirə salınıb. Marneuli Bələdiyyəsinin yerli avtomobil yollarının və körpü keçidlərinin tikintisi və bərpası üçün tələb olunan layihə-məsrəf sənədlərinin hazırlanması məqsədilə, bələdiyyə ötən il sentyabrın 17-də təxmini dəyəri 308 500 lari (NAT210018212) dəyərində tender elan edib. Elan olunan tenderlə 4 şirkət maraqladı. Tender komissiyasının qərarına əsasən, ən aşağı qiymətlə iştirak edən iddiaçı müsabiqədən kənarlaşdırılıb və layihəni MMC “Project Company” qazandı hansı ki, oktyabrın 21-də 229 450 lari dəyərində müqavilə bağlandı. Şirkətə öhdəliyinə düşən işləri yerinə yetirmək üçün 90 gün müddət verildi. Hazırki mərhələdə layihə-xərc sənədləri üzrə işlər başa çatdırılmayıb.
Bələdiyyə, MMC “Project Company” üçün ümumi dəyərin 51%-i, yəni (116 150) lari artıq ödənilib. Qeyd olunan məsələ ilə bağlı “Fakt-Metr”, şirkət direktoru Laşa Çilaçava ilə əlaqə saxladı.
“Bələdiyyənin mərkəzində olan körpünün reabilitasiya işləri üçün lazım olan layihə-xərc sənədləri hazırdır, qalanları isə demək olar ki, yekunlaşmaq mərhələsindədir”-deyə Çilaçava bildirdi.
Gördüyümüz kimi, 2022-ci ilin yanvar ayına kimi Səməd Vurğuni və Şota Rustaveli küçələrinin, eləcə də bazar ərazisində olan körpünün abadlaşdırılması işləri hələ həyata keçirilməyib. Hazırda yalnız körpünün bərpasının layihə-xərc sənədləri hazırlanır. Bu isə o deməkdir ki, Zaur Darğalının vədi yerinə yetirilməyib.