“Fakt-Metr” ABŞ Dövlət Departamentinin Rusiyanın dezinformasiya kampaniyaları ilə bağlı dərc etdiyi materialın tərcüməsini təqdim edir.
İllər ərzində Rusiya Kremlin dezinformasiya və təbliğat ekosisteminin davamlı olaraq qlobal informasiya məkanına daxil olması barədə saxta narativlər toplusu yaradıb. Qeyd olunan narativlər Kremlin müxtəlif yollarla istifadə etdiyi bir növ nümunədir, lakin onların hamısında bir prinsip dəyişməz olaraq qalır - Rusiya siyasətinin məqsədlərinə xidmət edən, informasiya mühitinin yaradılması prosesində həqiqətə tam etinasızlıq.
Rusiya hərbi və kəşfiyyat orqanları Rusiyanın zərərli sosial media əməliyyatlarını, Kremlin nəzarətində olan açıq və gizli onlayn mediadan istifadəni, televiziya və radioda dezinformasiyanın yayılmasını ehtiva edən dezinformasiya və təbliğat ekosistemində, regionda gərginliyin daha da artmasında günahkarın Rusiya deyil, Ukraynanın özü olduğuna iştirakçılara inandırmaq məqsədi daşıyan konfransların keçirilməsində fəal iştirak edir. O cümlədən mediaya hücum üçün kiber əməliyyatlarından istifadəsi, qeyri-legitim məlumatların çıxarılması və Rusiyanın maraqlarının xeyrinə yayılması.
Aşağıda Rusiya dezinformasiyasının beş əsas və təkrarlanan nəzəriyyəsi var ki, bunlardan Kremlin hazırda medianı yalan mesajlarla Ukraynadakı hərəkətlərinə inandırmaq üçün istifadə edir.
Tezis #1: "Rusiya günahsız qurbandır"
Rusiya hökumət rəsmiləri Rusiyanı əbədi qurban, onun aqressiv hərəkətlərini isə ABŞ və bizim demokratik müttəfiq və tərəfdaşlarımızın hərəkətlərinə məcburi cavab kimi təqdim edirlər. Bu iddianı genişləndirmək üçün Rusiya öz aqressiyasını bu arqumentlə əsaslandırmaq üçün sevimli etiketlərindən biri olan “Rusofobiyadan” istifadə edir. 2014-cü ildə Ukraynanın işğalından sonra Rusiya hökuməti və dövlətin nəzarətində olan media qurumları Rusiyanın hərəkətlərini şübhə altına alan hər kəsi ksenofob rusofob elan edib.
Məsələn, Rusiya iddia edir ki, beynəlxalq ictimaiyyətin Rusiyanın müstəqil ölkəni işğal etməsinə mənfi reaksiyası yalnız insanların Rusiyadan qorxması və ona nifrət etməsi ilə bağlı olub. Aşağıdakı qrafikdən görünür ki, Ukraynaya müdaxilədən əvvəl rusofobiya Rusiya Xarici İşlər Nazirliyi və dövlətin nəzarətində olan KİV-ləri narahat etmirdi. “Russofobiya”nın sübutları bir çox mövzu ətrafında mövcuddur və faktiki olaraq təcavüzkar olan Rusiya hökuməti özünü qurban kimi göstərmək istəyəndə istifadə olunur.
Qrafikdə 2001-2017-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi, Sputnik və RT tərəfindən “Russofobiya” və “Russofob” sözlərindən istifadə tezliyi göstərilir. (Mənbə: DRFlab)
Tezis #2: Tarixi Revizionizm
Tarix Kremlin siyasi məqsədlərinə uyğun gəlmədikdə, Rusiya hökumət rəsmiləri və onların havadarları tarixi hadisələri inkar edir və ya tarixi narativləri təhrif edərək Rusiyanı daha əlverişli vəziyyətə salır və daxili və geosiyasi gündəminə uyğunlaşır. Məsələn, 1939-cu ildə Nasist Almaniyası ilə Sovet İttifaqı arasında bağlanmış Hücum etməmək Paktı, İkinci Dünya Müharibəsinin başlamasına şərait yaradan həmin Ribbentrop-Molotov paktı siyasi baxımdan Putin rejimi üçün əlverişsizdir. Stalinin Hitlerlə müttəfiqliyinin dərəcəsini azaltmaq və razılaşmanı rasional təqdim etmək üçün Putin 2020-ci ildə İkinci Dünya Müharibəsinin başlanmasının təhrif olunmuş versiyasını dərc etdi və bu versiyada müharibənin başlamasında Sovet İttifaqının rolu bərabərləşdirilmişdir və günahı başqa ölkələrə yönəldilmişdir. Qeyd olunanı Rusiya onun tarix versiyası ilə razılaşmayan hər kəsi nasist və nasizm tərəfdarı kimi göstərmək üçün istifadə edir.
Qeyd olunan düsturu Kreml, Ukraynanın dövlətçilik tarixinə, Sovet İttifaqının dağılması zamanı NATO-nun hərəkətlərinə, Gulag həbs sisteminə, Ukraynada Qolodomor kimi tanınan kütləvi qıtlıq və Kremlin tarixi hərəkətlərinin hazırkı siyasi məqsədlərinə xidmət etmədiyi bir çox digər tarixi hadisələrə tətbiq edir.
Tezis #3: “Qərb sivilizasiyasının süqutu qaçılmazdır”
Rusiya səhv olaraq, Qərb sivilizasiyasının parçalanma prosesində olduğunu, Qərbin LGBTQI+ icmasının təhlükəsizliyini və bərabərliyini təmin etdiyi, qadın bərabərliyi, multikulturalizm kimi məsələləri dəstəklədiyi üçün “ənənəvi dəyərlərdən” uzaqlaşdığını təkid edir. Qərb sivilizasiyasının süqutu Rusiyanın ən qədim dezinformasiya narativlərindən biridir və “Qərbin çürüməsi” haqqında iddiaları 19-cu əsrə gedib çıxır.
Oxşar “dəyərlərə” əsaslanan dezinformasiya narativi “ənənə”, “ailə dəyərləri”, “mənəviyyat” kimi qeyri-müəyyən anlayışlara istinad edir. Rusiya iddia edri ki, o, "ənənəvi dəyərləri" və gender rollarının qalasını və “çürümə prosesində olan” ABŞ və qərb ölkələrinə qarşı mənəvi əks çəkiyi təmsil edir. Məsələn, prezident Putin iddia edir ki, Qərb “ana” və “ata” sözlərini ləğv edib və onları “valideyn 1 və 2” sözləri ilə əvəz edib, xarici işlər naziri Lavrov isə yazıb ki, Qərbdə “məktəblilər İsa Məsihin biseksual olduğunu öyrənirlər”.
Tezis #4: "Xalq hərəkatları ABŞ-ın sponsorluq etdiyi “rəngli inqilablardır"
Kreml üçün hər bir fərdin ifadə azadlığının olması və hökumətin xalq qarşısında cavabdehlik daşımalı olduğunu qəbul etmək çətindir. Rusiya ABŞ-ı xalq etirazlarını təhrik etməkdə və Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Yaxın Şərq və Afrikada “rəngli inqilablar” hazırlamaqda ittiham edir. Əgər Xalq Hərəkatı demokratiya və islahatlar tərəfdarıdırsa və Rusiyanın geosiyasi maraqlarına uyğun gəlmirsə, Kreml tez-tez onun legitimliyini şübhə altına alır və bunun arxasında ABŞ-ın dayandığını iddia edir. Bu əsassız iddiaların hədəfində çox vaxt yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları, insan haqlarının pozulması və korrupsiya hallarını ifşa edən müstəqil media qurumları olur. Kreml Rusiya vətəndaşlarına münasibətdə bu kimi keyfiyyətləri inkar etdiyi kimi, qonşu ölkələrdə insanların özünütəşkilat, ləyaqət və öz maraqlarını müdafiə etmək üçün müstəqil istək ola biləcəyini inkar edir.
Tezis #5: Reallıq Kremlin istədiyidir
Həqiqət onun maraqlarına uyğun olmayanda Kreml çox vaxt çoxlu yalan reallıqlar yaratmağa, xəbər mühitini çaşdırmağa çalışır. Rusiya hökumət rəsmiləri, bəzi narativlər hətta bir-birini inkar edə bilsə də, tez-tez qəsdən çaşqınlıq yaradan və günahı Rusiya hökumətindən başqalarına atmağa yönəlmiş arqumentlərə istinad edir. Bununla belə, çoxsaylı ziddiyyətli narativlərin istifadəsi çaşqınlıq yaratmaq və cavab vermək həvəsini azaltmaq üçün hazırlanmış bir texnikaya çevrilə bilər. Rusiya dezinformasiya və təbliğat ekosisteminin digər hissələri, məsələn, dövlət tərəfindən maliyyələşdirilən dezinformasiya mediası və alətə çevrilmiş sosial media çoxlu yalan xəbərlərin yayılmasına kömək edir.
Məsələn, 2018-ci il martın 4-də Rusiyanın İngiltərənin Solsberi şəhərində keçmiş Rusiya hərbi kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyaya, “Noviçokla” sui-qəsd təşkil etməsi hər kəsə aydın idi. Siyasət İnstitutu, London Kral Kollecinin məlumatına əsasən, hadisədən 4 həftə sonra Rusiya dövləti tərəfindən maliyyələşdirilən Sputnik və RT media orqanları 735 məqalədə 138 fərqli və ziddiyyətli narativ dərc edib.
Rusiya başqa vaxtlarda yalan xəbərlərlə informasiya məkanını “parçalamaq” kimi üsullardan istifadə edib - Malayziya təyyarəsinin vurulması, Rusiyanın 2008-ci ildə Gürcüstana daxil olması və davam edən işğal da daxil olmaqla, saxta xəbərlərə bənzər üsullardan istifadə edib. Və yenə, bu işdə də məqsəd çaşqınlıq yaratmaq və həqiqəti Kremlin maraqlarına uyğun manipulyasiya etməkdir.
Mənbə: ABŞ Dövlət Departamenti