• Haqqımızda
    1. Komanda
    2. Metodologiya
    3. Privacy Policy
  • Redaksiya qaydaları
  • Dəyişiklik/Şikayətlər
  • Layihəyə dəstək olanlar
  • Əlaqə
ქართული English հայերեն Русский

Factcheck.ge

Check your Fact
  • Seçkilər 2024
  • Personajlar
  • Hökmlər
    • Doğru
    • Əsasən-doğru
    • Yarı-doğru
    • Əsasən-yanlış
    • Yanlış
    • Yalan
    • manipulyasiyadır
    • Saxta xəbər
    • Hökmdən xaric
    • N/A
    • N/A
    • პოზიცია ნაწილობრივ შეცვალა
    • N/A
    • Fakt-metr qəzeti
  • Bölgələr
  • Saxta xəbərlər
    • კლიმატის ცვლილება
    • როგორ არ მოვტყუვდეთ?
  • Mövzular
    • İqtisadiyyat
    • Hüquq
    • Siyasət
    • Təhsil
    • Səhiyyə
  • Digər
    • Ukrayna
    • Vədlər
    • Seçkilər 2021
    • Seçkilər 2017
    • 2016 Parlament seçkiləri
    • Seçkilər 2014
    • Prezident seçkiləri 2013
    • COVID-19
    • Kovid vaksini
    • Fakt-metr TV
Zaur Darğallının 8 kənd əhalisinin su təhcizatı ilə bağlı vədi

Zaur Darğallının 8 kənd əhalisinin su təhcizatı ilə bağlı vədi

Hökm: İcra olumnayıb

04/01/2022
İcra olunmayıb
İcra olunmayıb
Facebook Linkedin Twitter Print

Zaur Darğallının 8 kənd əhalisinin su təhcizatı ilə bağlı vədi

Hökm: İcra olumnayıb

Xülasə: 2019-cu ildə, Marneuli yerli özünüidarə seçkilərindən əvvəl “Gürcü Arzusu - Demokratik Gürcüstan”-ın mer vəzifəsinə namizədi Zaur Darğallının vədlərindən biri kəndlərin içməli su ilə təmin edilməsi idi. O, Beyatafçı, Təzəkənd, Əzizkənd, Bayatlı, Xuldərə, Xancığazlı, Quşcu, Algeti kəndlərinin əhalisinin içməli su ilə təmin olunacağını vədini verdi. Onun seçki broşüründə də qeyd olunub ki, 2020-2024 illərdə Marneuli bələdiyyəsinin qeyd olunan kəndlərində içməli su təhcizatı məsələsi öz həllini tapacaq.

Analiz: Büdcə planlamasında Marneuli Bələdiyyəsi əsasən 3 kəndi- Yuxar-Aşağı Qullar və Xojorni kəndinin su təminatı ilə bağlı işlər nəzərə alınaraq, Bələdiyyə büdcəsinndən 2021-ci il yanvarın 29- da 1 712 341 lari dəyərində tender elan edildi. Tenderdə yalnız bir şirkət “MMC Bilding Developer” (k/k 406039692) iştrak edirdi.

Həmin il martın 22-də qalib şirkətlə 1 499 999 lari dəyərində müqavilə imzalanıb. Yerinə yetirilməsi nəzərdə tutulan işlərin dəyərinin böyük hissəsi dövlət büdcəsi, qalan hissəsi isə yerli büdcə hesabına ödənilib. İşlər müqavilə imzalandıqdan 150 təqvim günü ərzində başa çatdırılmalı idi.Daha sonra bu müddət oktyabrın 8-nə, ardınca isə oktyabrın 20-nə qədər uzadıldı. Nəhayət, müştəri son olaraq noyabrın 26-da işləri təhvil götürərək, düzəliş edilmiş məbləği, 1 320 220 larini şirkətə tam olaraq ödədi.

Marneuli Bələdiyyəsi 30 iyul 2021-ci il tarixində daha iki kəndin, Algeti və Xutor-Lejbəddinin içməli su təchizatının təmin etmək məqsədi ilə 30 iyul 2021-ci ildə təxmini dəyəri 1 533 986 lari olan tender elan etdi.Dörd müraciət edən arasında alıcıya ən aşağı qiyməti “Servis” MMC təklif edib.Sentyabrın 30-da bələdiyyə ilə tenderdə qalib gələn şirkət arasında 1 227 189 lari dəyərində müqavilə imzalanıb. Maliyyə vəsaiti tamamilə yerli büdcədən ayrılıb.

Layihənin həyata keçirilməsi üçün şirkətə 180 təqvim günü vaxt verildi. Satınalmalar üzrə Dövlət Agentliyinin səhifəsində qeyd olunan məlumata görə, “Servis MMC” işlərin 40%-ni yerinə yetirmək üçün subpodratçı (öhdəlik götürmüş tərəf) cəlb edib.

Müqavilənin 9-cu maddəsində qeyd olunub ki, təchizatçı müqavilə imzalandıqdan sonra hər 30 (otuz) təqvim günündən bir, iki dəfədən çox olmamaq şərti ilə yerinə yetirilmiş işlərin mərhələli şəkildə alıcıya təqdim etmək səlahiyyətindədir və təchizatçının təqdim etdiyi işlər Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş sənədlərin təsdiqindən və qəbul-təhvil aktı imzalandıqdan sonra qəbul edilmiş hesab olunacaq. Müqavilə üzrə görüləcək, davam edən və yerinə yetiriləcək işlərin yoxlanılması müqavilədə müəyyən edilmiş plan-qrafikə uyğun olaraq yerinə yetirilən işlərin həcmini və keyfiyyətini yoxlayan nəzarətçi tərəfindən həyata keçirilir.Qurumun səhifəsində nə görülən işlərin hesabatı, nə də yoxlama haqqında protokolu yüklənməyib.

“Fakt-Metr”-in əldə etdiyi məlumata görə, Xutor-Lejbadin kəndində işlər hələ başlamayıb.

MMC “Servis”-in direktoru layihə ilə bağlı heç bir sualımıza cavab vermədi və bizə subpodratçı şirkət ilə əlaqə saxlamağımızı məsləhət etdi. Subpodratçı şirkətin nümayəndəsi isə bizə, işlərin nəzarətçisi kəndə gədərək əhali ilə görüşdüyünü bildirdi.Yəni, müqavilə bağlandıqdan 3 ay sonra şirkət sadəcə olaraq əhali ilə görüşərək, kəndə hansı yerlərdən suyun daxil olması ilə bağlı qeydlər edib.Onun sözlərinə əsasən, Alqetidə artıq müəyyən işlər görülüb, xüsusən də çəkiləsi olan 11 min metrlik boru xəttindən 6400 metri artıq çəkilib və sınaqdan keçirilib. Şirkət nümayəndəsi onu da bildirdi ki, işlər başladıqdan bir ay ərzində yekunlaşacaq.

Xutor-Lejbəddin sakini Səfərov Həmid “Fakt-Metr”-lə müsahibəsində bildirib ki, qeyd olunan məsələ ilə bağlı kəndə gələn olmayıb. “Şirkət hələ bilmir ki, hansı evlərə su xətti çəkilməlidir, hələ kəndə bu məsələ ilə bağlı gələn yoxdur. Onlar belə heç bir şey ölçə bilməzdilər” deyə Həmid bildirdi.

Zaur Darğallının vədində qeyd olunan kəndlərdən Dövlət Satınalma Agentliyinin saytında yalnız Bayatlı (Dioknisi kəndi ilə birlikdə) rast gəlmək mümkündür hansı ki, su təhçizatını nəzərdə tutan, smeta dəyəri 1 002 490 lari dəyərində elan olunan tender mənfi nəticə ilə nəticələnib. İlk tenderin elanından iki ay sonra, 2021-ci il avqustun 11-də bələdiyyə Bayatlı kəndində daxili içməli su şəbəkəsinin qurulması işlərinin satın alınmasına yenidən cəhd etsə də, bu tender yenə mənfi nəticə ilə nəticələndi. Nəticə olaraq, Zaur Darğallının vədində qeyd olunan kəndlərin Alqetidən başqa heç birində tikinti işləri aparılmır və hazırki mərhələdə heç bir tender elan olunmayıb. Qeyd olunan kəndlərin içməli suyun bərpası üçün lazım olan məbləğ bələdiyyənin 2021-ci il büdcəsində nəzərdə tutulmayıb.

Müvafiq olaraq, Fakt-Metr-in gəldiyi qənaətə əsasən, Zaur Darğallının vədi yerinə yetirilməyib. Əhaliyə içməli su hələ də tam şəkildə çatdırılmır. 

Tags:
თვითმმართველობა
საბაგირო
დაპირებები
აუდიტი
Marneuli
Vəd
Yerliözünüidarə
Kvemo Kartli
Şükür Əliyev
Şükür Əliyev

All Articles

  • Levan Davitaşvili: 2013-cü ildən bu günə qədər Gürcüstanda təbii artım müsbət olub

    Levan Davitaşvili: 2013-cü ildən bu günə...

    Yalan
    ifadə səhvdir və orada verilən dəlillər absurddur
  • Milli Bankın qərarının cari və gözlənilən nəticələri

    Milli Bankın qərarının cari və gözlənilə...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
  • Tbilisi-Rustavi avtomobil yolunun inşaası nə vaxt bitəcək?

    Tbilisi-Rustavi avtomobil yolunun inşaas...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
IFCN
EFCSN
İctimai məlumat bazası
Factcheck.ge
Europe GMF Netherland USAID Georgia

Telefon: +(995 32) 2 22 29 13

Elektron poçt: [email protected]

Factcheck.ge
Factcheck.ge

Bu veb-səhifədə ifadə edilmiş baxış və düşüncələr Factchek.ge-yə aiddir və layihəyə dəstək olan təşkilatların baxış və düşüncələrini əks etdirmir.

Factcheck.ge

© 2025 | Privacy Policy