Gürcüstan internet məkanında virus kimi yayılan məlumata əsasən, noyabrın 4-dən paytaxtda bələdiyyə nəqliyyatının hərəkətinə məhdudiyyətlər tənzimlənir: “Noyabrın 4-dən mikroavtobus və avtobusların hərəkəti məhdudlaşdırılacaq, həmçinin metronun hərəkəti dayandırılacaq”.
Saxta xəbər məzmunlu məqalə.
Sözügedən məlumata, Hökumətin “Stratcom” (Strateji Kommunikasiyalar Mərkəzi) münasibət bildirərək, noyabrın 4-dən ictimai nəqliyyatda məhdudiyyətlərin olması ilə bağlı xəbərləri təkzib edib.
Agentliyin məlumatına görə: “Hər hansı bir məhdudiyyətin tətbiqi və ya yumşaldılması ilə bağlı qərarları İdarələrarası Koordinasiya Şurası, epid-vəziyyətdən aslı olaraq qəbul edilir. Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə hər həftə Şuranın iclası keçirilir və qəbul edilən qərarlar barədə məlumat, ictimaiyyətə fəal şəkildə çatdırılır”. Belə ki, rəsmi məlumata görə, noyabrın 4-dən Tbilisidə bələdiyyələrin hərəkətinə məhdudiyyət qoyulması nəzərdə tutulmur və müxtəlif mənbələrdən yayılan məlumatların heç biri həqiqətə uyğun deyil.
--------------------------------------------------------
Məqalə, “Facebook”-un faktları yoxlama proqramı çərçivəsində hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bu linkdən baxa bilərsiniz. Məlumata düzəliş və hökmdən şikayəti etmək barədə məlumatı burada tapa bilərsiniz.