Ermənistan və Azərbaycan media məkanlarında "Gürcüstan hökuməti Ermənistandan gələn yük maşınlarının Larsdan keçməsinə icazə vermir" başlığı altında xəbərlər yayılıb. Məlumat ilk dəfə oktyabrın 4-də erməni dilli News.am mediasında rus və erməni dillərində yayımlandı. Bu məsələ ilə bağlı daha bir məlumat Ermənistan mediası olan FreeNews-də daha ətraflı şəkildə paylaşıldı. Paylaşılan məlumat Ermənistan vətəndaşlarının Gürcüstan və gürcülərə qarşı böyük tənqidinə səbəb oldu.

Yayılan məlumatda oxuyuruq: “Rusiya-Gürcüstan sərhədində qarışıqlıq yaranıb. Yüzlərlə erməni yük maşını yolda qalıb. Bununla əlaqədar olaraq Ermənistan mətbuatı sərhəddə qalan yük maşınlarının videosunu paylaşıb. Erməni mətbuatının məlumatına əsasən, Erməni yük maşınları sərhəddə səbəbsiz saxlandığı halda, Türk, Rus, Qazax və Gürcü yük maşınları sərhədi heç bir problem olmadan keçirlər. Sürücülər, işlərin yavaş getməsinə görə Gürcüstan tərəfinə öz narazılıqlarını bildirirlər, Gürcüstan tərəfi isə öz növbəsində Rusiyanı günahlandırır. Sürücülərin sözlərinə əsasən, növbə ilə bağlı problemlər Rusiyada da vardır, ancaq Gürcü tərəfinin həll etmədiyi konkret məsələlər var. Sürücülər həmçinin onu da qeyd edirlər ki, bu cür biganə münasibət yalnız erməni sürücülərə qarşı təzahür edir ".

Ən çox istifadə olunan Azərbaycan dilli telekanallardan biri olan Baku-TV-in efirində Lars keçid məntəqəsində qalan yük maşınları ilə bağlı oktyabrın 4-də reportaj hazırlanıb. Məlumat, yuxarıda qeyd olunan erməni mediasında yayılan və reallığa uyğun olmayan məlumatlara əsasında hazırlanıb. Azərbaycan dilində hazırlanan qeyd olunan xəbər Gürcüstandakı azərbaycanlıdilli qruplar tərəfindən yanlış başlıqla paylaşılıb: "Gürcüstan-Rusiya sərhədi ermənilərin üzünə bağlandı".

Əslində isə Gürcüstan Erməni yük maşınları üçün "Lars" sərhəd keçid məntəqəsini bağlamayıb, sərhədin məhdud şəkildə çalışmasının səbəbi texniki problemlərdir. Yəni, “Lars” sərhəd keçid məntəqəsində hərəkət tikinti və bərpa işləri nədəniylə məhdud şəkildə davam edir. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Vergilər Xidməti bəyanat paylaşıb: Maliyyə və Vergilər Nazirliyi olaraq bildirmək istəyirik ki, Rusiya Federasiyası tərəfində “Lars” gömrük keçid məntəqəsində tikinti / bərpa işləri ilə bağlı, qeyd olunan sərhəd keçid məntəqəsində malların Gürcüstanın gömrük ərazisindən idxalı və ixracı, habelə gömrük nəzarəti prosedurları, dövlət sərhədini keçən şəxslər üçün məhdud şəkildə çalışır.

Həmçinin, onu da qeyd edək ki, Rusiya Federasiyası tərəfində tikinti işləri başa çatan kimi "Kazbeqi" sərhəd keçid məntəqəsi hər zaman olduğu kimi tam gücü ilə işləyəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin keçirilməsi məhdudiyyətsiq davam edəcək (yuxarıda göstərilən səbəbə görə Rusiya tərəfi beynəlxalq yük dövriyyəsinin qəbulunu davamlı şəkildə təmin edə bilmir).

Bundan əlavə, Maliyyə Nazirliyinin Vergilər Xidməti bəyan edir ki, "Kazbeqi" sərhəd keçid məntəqəsi 24 saatlıq rejimdə çalışır və gün ərzində 1000-dən artıq yük maşınına xidmət göstərdiyini bildirir.

Həmçinin, mövcud vəziyyətlə əlaqədar olaraq, Vergilər Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi, GDHŞ - Quru Nəqliyyatı Agentliyi və digər dövlət qurumları ilə birlikdə beynəlxalq tranzit yük maşınlarının növbələrinin aradan qaldırılması, qonşu ölkə Rusiya Federasiyası və Orta Asiya ölkələri istiqamətində tranzit nəqliyyat vasitələri üçün alternativ hərəkət marşrutu üçün fəal şəkildə çalışır”.

Eləcə də, xüsusi olaraq erməni yük maşınlarına qarşı heç bir ayrı-seçkilik olunmur. Doğrudur, “Yaranan növbə nəticəsində Gürcüstanın müxtəlif gömrük məntəqələrində dayanan yük maşınlarının əksəriyyəti Erməni maşınlarıdır, lakin qeyd olunan problem nəticəsində Gürcüstan, İran, Rus həmçinin Türk və başqa ölkələrə məxsus yük maşınları da dayanmalı olub”. Eyni zamanda Ermənistanın Gürcüstandakı səfirliyi də gecikməyə “Lars” keçid məntəqəsində davam edən işlərin səbəb olduğu barədə məlumatı təsdiqlədi.

-----------------------------------------------------------------------------

Məqalə, “Facebook”-un faktları yoxlama proqramı çərçivəsində hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bu linkdən baxa bilərsiniz. Məlumata düzəliş və hökmdən şikayəti etmək barədə məlumatı burada tapa bilərsiniz.