• Haqqımızda
    1. Komanda
    2. Metodologiya
    3. Privacy Policy
  • Redaksiya qaydaları
  • Dəyişiklik/Şikayətlər
  • Layihəyə dəstək olanlar
  • Əlaqə
ქართული English հայերեն Русский

Factcheck.ge

Check your Fact
  • Seçkilər 2024
  • Personajlar
  • Hökmlər
    • Doğru
    • Əsasən-doğru
    • Yarı-doğru
    • Əsasən-yanlış
    • Yanlış
    • Yalan
    • manipulyasiyadır
    • Saxta xəbər
    • Hökmdən xaric
    • N/A
    • N/A
    • პოზიცია ნაწილობრივ შეცვალა
    • N/A
    • Fakt-metr qəzeti
  • Bölgələr
  • Saxta xəbərlər
    • კლიმატის ცვლილება
    • როგორ არ მოვტყუვდეთ?
  • Mövzular
    • İqtisadiyyat
    • Hüquq
    • Siyasət
    • Təhsil
    • Səhiyyə
  • Digər
    • Ukrayna
    • Vədlər
    • Seçkilər 2021
    • Seçkilər 2017
    • 2016 Parlament seçkiləri
    • Seçkilər 2014
    • Prezident seçkiləri 2013
    • COVID-19
    • Kovid vaksini
    • Fakt-metr TV
Dezinformasiya: "Gürcüstan hökuməti Ermənistandan gələn yük maşınlarının Larsdan keçməsinə icazə vermir"

Dezinformasiya: "Gürcüstan hökuməti Ermənistandan gələn yük maşınlarının Larsdan keçməsinə icazə vermir"

Hökm: Saxta xəbər

07/10/2021
Saxta xəbər
müəyyən bir media orqanı, siyasətçi və ya sosial şəbəkə səhifəsi tərəfindən yayılan yalan və ya manipulyasiya xarakterli məlumatlar
Facebook Linkedin Twitter Print

Ermənistan və Azərbaycan media məkanlarında  "Gürcüstan hökuməti Ermənistandan gələn yük maşınlarının Larsdan keçməsinə icazə vermir" başlığı altında xəbərlər yayılıb. Məlumat ilk dəfə oktyabrın 4-də erməni dilli News.am mediasında rus və erməni dillərində yayımlandı. Bu məsələ ilə bağlı daha bir məlumat Ermənistan mediası olan FreeNews-də daha ətraflı şəkildə paylaşıldı. Paylaşılan məlumat Ermənistan vətəndaşlarının Gürcüstan və gürcülərə qarşı böyük tənqidinə səbəb oldu. 

Yayılan məlumatda oxuyuruq: “Rusiya-Gürcüstan sərhədində qarışıqlıq yaranıb. Yüzlərlə erməni yük maşını yolda qalıb. Bununla əlaqədar olaraq Ermənistan mətbuatı sərhəddə qalan yük maşınlarının videosunu paylaşıb. Erməni mətbuatının məlumatına əsasən, Erməni yük maşınları sərhəddə  səbəbsiz saxlandığı halda, Türk, Rus, Qazax və Gürcü yük maşınları sərhədi heç bir problem olmadan keçirlər. Sürücülər,  işlərin yavaş getməsinə görə Gürcüstan tərəfinə öz narazılıqlarını bildirirlər, Gürcüstan tərəfi isə öz növbəsində Rusiyanı günahlandırır. Sürücülərin sözlərinə əsasən,  növbə ilə bağlı problemlər Rusiyada da vardır, ancaq Gürcü tərəfinin həll etmədiyi konkret məsələlər var. Sürücülər həmçinin onu da qeyd edirlər ki, bu cür  biganə münasibət yalnız erməni sürücülərə qarşı təzahür edir ".

Ən çox istifadə olunan Azərbaycan dilli telekanallardan biri olan Baku-TV-in efirində  Lars keçid məntəqəsində qalan yük maşınları ilə bağlı oktyabrın 4-də reportaj hazırlanıb. Məlumat, yuxarıda qeyd  olunan erməni mediasında yayılan və reallığa uyğun olmayan məlumatlara əsasında hazırlanıb. Azərbaycan dilində hazırlanan qeyd olunan xəbər Gürcüstandakı azərbaycanlıdilli qruplar tərəfindən yanlış başlıqla  paylaşılıb: "Gürcüstan-Rusiya sərhədi ermənilərin üzünə bağlandı". 

Əslində isə Gürcüstan Erməni yük maşınları üçün "Lars" sərhəd keçid məntəqəsini bağlamayıb, sərhədin məhdud şəkildə çalışmasının səbəbi texniki problemlərdir. Yəni, “Lars” sərhəd keçid məntəqəsində hərəkət tikinti və bərpa işləri nədəniylə məhdud şəkildə davam edir. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Vergilər Xidməti bəyanat paylaşıb: Maliyyə və Vergilər Nazirliyi olaraq bildirmək istəyirik ki, Rusiya Federasiyası tərəfində “Lars” gömrük keçid məntəqəsində tikinti / bərpa işləri ilə bağlı, qeyd olunan sərhəd keçid məntəqəsində malların Gürcüstanın gömrük ərazisindən idxalı və ixracı, habelə gömrük nəzarəti prosedurları, dövlət sərhədini keçən şəxslər üçün məhdud şəkildə çalışır.

Həmçinin, onu da qeyd edək ki, Rusiya Federasiyası tərəfində tikinti işləri başa çatan kimi "Kazbeqi" sərhəd keçid məntəqəsi hər zaman olduğu kimi tam gücü ilə işləyəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin keçirilməsi məhdudiyyətsiq davam edəcək (yuxarıda göstərilən  səbəbə görə Rusiya tərəfi beynəlxalq  yük dövriyyəsinin qəbulunu davamlı şəkildə təmin edə bilmir).

Bundan əlavə, Maliyyə Nazirliyinin Vergilər Xidməti bəyan edir ki,  "Kazbeqi" sərhəd keçid məntəqəsi 24 saatlıq rejimdə çalışır və gün ərzində 1000-dən artıq yük maşınına xidmət göstərdiyini bildirir.

Həmçinin, mövcud vəziyyətlə əlaqədar olaraq, Vergilər Xidməti, Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi, GDHŞ - Quru Nəqliyyatı Agentliyi və digər dövlət qurumları ilə birlikdə beynəlxalq tranzit yük maşınlarının növbələrinin aradan qaldırılması, qonşu ölkə Rusiya Federasiyası və Orta Asiya ölkələri istiqamətində tranzit nəqliyyat  vasitələri üçün alternativ hərəkət marşrutu üçün fəal şəkildə çalışır”.

Eləcə də, xüsusi olaraq erməni yük maşınlarına qarşı heç bir ayrı-seçkilik olunmur. Doğrudur, “Yaranan növbə nəticəsində Gürcüstanın müxtəlif gömrük məntəqələrində dayanan yük maşınlarının əksəriyyəti Erməni maşınlarıdır,  lakin qeyd olunan problem nəticəsində Gürcüstan, İran, Rus həmçinin Türk və başqa ölkələrə məxsus yük maşınları da dayanmalı olub”. Eyni zamanda Ermənistanın Gürcüstandakı səfirliyi də gecikməyə “Lars” keçid məntəqəsində davam edən işlərin səbəb olduğu barədə məlumatı təsdiqlədi. 

-----------------------------------------------------------------------------

Məqalə, “Facebook”-un faktları yoxlama proqramı çərçivəsində hazırlanıb. Hökmdən asılı olaraq, Facebook müxtəlif məhdudiyyətlər tətbiq edə bilər - müvafiq məlumatlara bu linkdən baxa bilərsiniz. Məlumata düzəliş  və hökmdən şikayəti etmək barədə məlumatı burada tapa bilərsiniz.

Şükür Əliyev
Şükür Əliyev

All Articles

  • Levan Davitaşvili: 2013-cü ildən bu günə qədər Gürcüstanda təbii artım müsbət olub

    Levan Davitaşvili: 2013-cü ildən bu günə...

    Yalan
    ifadə səhvdir və orada verilən dəlillər absurddur
  • Milli Bankın qərarının cari və gözlənilən nəticələri

    Milli Bankın qərarının cari və gözlənilə...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
  • Tbilisi-Rustavi avtomobil yolunun inşaası nə vaxt bitəcək?

    Tbilisi-Rustavi avtomobil yolunun inşaas...

    Fakt-metr qəzeti
    Fakt-metr qəzeti
IFCN
EFCSN
İctimai məlumat bazası
Factcheck.ge
Europe GMF Netherland USAID Georgia

Telefon: +(995 32) 2 22 29 13

Elektron poçt: [email protected]

Factcheck.ge
Factcheck.ge

Bu veb-səhifədə ifadə edilmiş baxış və düşüncələr Factchek.ge-yə aiddir və layihəyə dəstək olan təşkilatların baxış və düşüncələrini əks etdirmir.

Factcheck.ge

© 2025 | Privacy Policy