İrakli Ğaribaşvili: Onun planlarına əsasən, (Saakaşvili) 3 oktyabrda Rustaveli prospektində qəfildən görünsə belə, polis onları, ən çoxu 5 min nəfər olsalar belə su təziqindən və ya maksimum boğucu qazdan istifadə edərək dağıtacaqdı.
Hökm: Fakt-Metrin gəldiyi qənaətə əsasən İrakli Ğaribaşvilinin bəyanatı yalandır.
Xülasə: Gürcüstan qanunvericiliyinə, xüsusən də “Polis haqqında Qanuna” əsasən, hüquq -mühafizə orqanlarının istifadə edə biləcəyi xüsusi vasitələrin siyahısı mövcuddur. Boğucu qazın bu siyahıya daxil olmaması və vətəndaşlara qarşı istifadəsi qanun pozuntusudur.
Təhlili: 6 Oktyabr 2021-ildə Gürcüstan Baş Naziri İrakli Ğaribaşvili, Mixeil Saakaşvilin həbsi barədə Facebook vasitəsilə post paylaşaraq daha bir açıqlama etdi. İrakli Ğaribaşvili açıqlamasında, Mixail Saakaşvilinin Gürcüstana gəliş səbəbinə öz təhlilini də əlavə edərək, gəlişinin əsl səbəbi kimi dövlər çevrilişi olduğunu, lakin "Saakaşvilinin inqilab niyyəti uğursuzluğa məhkum oldu" deyə açıqlama etdi.
Onun planlarına əsasən, (Saakaşvili) 3 oktyabrda Rustaveli prospektində qəfildən görünsə belə, polis onları su təziqindən və ya maksimum boğucu qazdan istifadə edərək 5000 nəfərlk dəstəni dağıdaraq, Saakaşvilini asanlıqla həbs edə bilərdi. Vətəndaşlara qarşı xüsusi vasitələrdən istfadəni “Polis haqqında” Gürcüstan qanunvericiliyi tənzimləyir. “Polis haqqında” qanunun 31-ci maddəsinə əsasən Polisə həvalə olunmuş vəzifənin yerinə yetirilməsini təmin etmək üçün polis məmuruna yalnız zəruri hallarda qanunun məqsədə çatmasını təmin etmək üçün intensivliklə, mütənasib məcburetmə tədbirləri olaraq tətbiq etmək səlahiyyəti verilir.
Eyni qanunun 33 -cü maddəsi, həmçinin Daxili İşlər Nazirinin 31 dekabr 2013 -cü il tarixli əmri ilə (Əmr №1006) Polis əməkdaşının silahlanmasında xüsusi vasitələrin saxlama, daşınma və istifadəsi qaydaları ilə əlaqədar olaraq hüquq mühafizəçi tərəfindən istifadə edilə biləcək xüsusi vasitələr müəyyən edilib. Sadalanan xüsusi vasitələr bunlardır: Qandal və digər məhdudiyyət vasitələri, xüsusi dəyənəklər, gözyaşardıcı qaz, bibər qazı, akustik vasitələr, ölümcül olmayan silahlar (ölümcül olmayan mərmilər də daxil olmaqla), Psixoloji təsir göstərən işıq və səs cihazı, nəqliyyatın məcburi dayandırılması vasitələri, xüsusi maneə dağıdıcı vasitələri, su şırnağı, zirehli maşınlar və digər xüsusi vasitələr, xüsusi boya, xidmət iti və xidmət atı, elektroşok cihazı və ip toru. Sadalananlardan da görünür ki, İrakli Ğaribaşvilinin qeyd etdiyi “boğucu qaz”, polisin istifadə etdiyi xüsusi vasitələr siyahısında yoxdur.
Nəticədə olaraq onun açıqlaması yalandır.
Onu da qeyd etmək lazımıdır ki, Baş nazir daha sonra ifadəni dəyişərək "boğucu qaz" ifadəsini, “gözyaşardıcı qaz” ilə əvəz etdi. (Şəkil 1 və Şəkil 2)
Şəkil 1: İrakli Ğaribaşvilinin açıqalamasının ilkin versiyası.
Mənbə: İrakli Ğaribaşvilinin Facebook səhifəsi.
Şəkil 2: İrakli Ğaribaşvilinin açıqalamasının düzəldilmiş versiyası.
Mənbə: İrakli Ğaribaşvilinin Facebook səhifəsi.