Zaur Darğallı: 2019 -cu ildə Marneulidə turizm mərkəzi inşa ediləcək
Hökm: Zaur Darğallının seçkiqabağı vədi qismən yerinə yetirilib.
Xülasə:2019 -cu ildə, bələdiyyə başçısı namizədi olaraq Zaur Darğallı, Marneuli Bələdiyyəsinin sakinlərinə turizm məlumat mərkəzi inşa ediləcəyini dair vəd verdi. Elə həmin il PHŞ "Gürcüstan Milli Turizm İdarəsi" layihə üçün 60 646 lari ayırdı. Hal-hazərda, Marneuli Turist Məlumat Mərkəzinin inşasından artıq bir ildən çox vaxt keçir. Lakin yerinə yetirməli olduğu funksiyaları yerinə yetirə bilmir. Xüsusilə: turistik görməli yerlər, turistik məkanlar və turistik yerlər haqqında məlumatın əldə edilməsi və paylaşılması, məlumat mərkəzinin fəaliyyət göstərdiyi ərazidə turizm obyektləri haqda məlumat bazasının yaradılması və onun daimi olaraq yenilənməsi - bu fəaliyyətlər hələ də turizm mərkəzi tərəfindən hələ də həyata keçirilmir. Obyektin niyə işləmədiyini öyrənməyə çalışsaq da müvafiq xidmət orqnaları məktubumuza və telefon zəngılərimizə cavab vermədi.
Fakt-Metrin gəldiyi qənaətə əsasən,Zaru Darğallının" vədi qismən yerinə yetirilib.
2019 -cu ildə, bələdiyyə başçısı namizədi olaraq Zaur Dargali, Marneuli Bələdiyyəsinin sakinlərinə turizm məlumat mərkəzi inşa ediləcəyini dair vəd verdi. Bu vəd "Gürcü Arzusu"-nun seçkilərdən əvvəl nəşr olunan broşürasında yer almışdı.
Təhlil: PHŞ "Gürcüstan Milli Turizm İdarəsi" 12 fevral 2019 -cu il tarixində Marneulinin 26 May küçəsindəturizm məlumat mərkəzinin inşası üçün tender (NAT190003179) elan edildi. Tenderin təxmini dəyəri 65 118 lari idi. Tenderdə "Kompleks İnşaat" MMC qalib gəldi. 22 Martda bağlanan müqavilə dəyəri son olaraq 59 746 lari təşkil etdi. İşləri, 2019-cu ildə müqavilə imzalandıqdan 98 təqvim günü müddətində tamamlamalı idi.
Əslində layihə vaxtında həyata keçirildi. Ancaq müqavilənin dəyərinin kifayət etmədiyi aydın oldu. Buna görə də işlərin davam etdiyi bir vaxtda müqavilədə dəyişiklik edilərək, dəyəri 64 024 lariyə qədər artırıldı.
Nəticə olaraq isə, Milli Turizm İdarəsi şirkətə 60 646 lari pul ödəyib.
Onuda qeyd edək ki, "Kompleks İnşaat" MMC 2 Mart 2018 -ci ildə Levan Moseshvili tərəfindən təsis edilib. Hansı ki, “Vahid Milli Hərəkat” siyasi partiyasına 2016-cı ildə 9 lari, 2018 -ci ildə 22 min lari, 2020 -ci ildə 35 min lari və 2021 ildə isə 33 min lari bağışlayıb. Qeyd olunan şirkətin ilk layihəsi Marneulidə turizm məlumat mərkəzinin inşası idi. Tenderdə, Tendex MMC, Architect MMC., Qlobal Standard İnşaat MMC kimi təcrübəli şikətlər iştirak edirdi, lakin ən aşağı qiymət, 59 746 lari Kompleks İnşaat MMC tərəfindən təklif edilmişdi. Maraqlıdır ki, Tendex MMC-nin təklifi 64,467 lari, Architecture MMC-nin təklifi 64 418lari, Qlobal Standard İnşaat MMC-nin təklif isə 64 000 lari, yəni nəticə olaraq qeyd olunan məbləğ podratçı şirkətə ödənilən məbləğdən daha az idi.
Marneuli Bələdiyyəsinin Turizm Mütəxəssisi Elquca Kupatadze, Radio Marneuli ilə söhbəti zamanı 2020-ci ilin iyun ayında Marneuli Turizm Məlumat Mərkəzinin tamamlanmaq üzrə olduğunu və bu prosesə həm Milli Turizm İdarəsinin, USAID-in, həm də yerli özünü idarənin, prosesdə iştirak etdiyini bildirdi. O vaxtdan bu yana bir il keçsə də mərkəz hələ fəalyət göstərmir.
Tenderə əsasən, mərkəz turistik görməli yerlər, turistik məkanlar və turistik yerlər haqqında məlumatın əldə edilməsi və paylaşılması, məlumat mərkəzinin fəaliyyət göstərdiyi ərazidə turizm obyektləri haqda məlumat bazasının yaradılması ilə təmin etməli idi. Mərkəz artıq iki ildir ki, İnşa olunub lakin nəzərdə tutulan fəaliyyəti hələ də həyata keçirilmir-keçirilə bilmir.
“Fakt Metr” turizm mərkəzinin fəaliyətə başlamasına kovidpandemiyanın mane olduğunu istisna etmir. Təbii ki, bu barədə həm yazılı, həm də telefonla əlavə məlumat almağa çalışdıq, amma heç bir halda cavab ala bilmədik.
Nəticə olaraq, əlimizdə olan məlumataəsasən, Zaur Darğallının vədi qismən yerinə yetirilib.