7 kəndi və bələdiyyə mərkəzini birləşdirən körpü qəzalı vəziyyətdədir
Darbaz kəndinə gedən yoldakı körpü illərdir ki, bərbad vəziyyətdədir və bərpasına ehtiyac olsa da, bu günə qədər heç bir təmir işləri aparılmayıb.
Darbaz kəndinə gedən yoldakı körpü illərdir ki, bərbad vəziyyətdədir və bərpasına ehtiyac olsa da, bu günə qədər heç bir təmir işləri aparılmayıb. Körpüyə qədər və körpüdən sonra yol nişanlarının olmaması körpü ilə hərəkətin daha da təhlükəli olmasına zəmin yaradır. Yerli sakinlərin bildirdiklərinə görə, körpüdə dəfələrlə yol-nəqliyyat hadisəsi baş verib.
Ötən il 5 mart tarixində – pandemiya başlamazdan əvvəl Bolnisi Bələdiyyəsinin millət vəkili Qoqi Meşveliani qəzalı vəziyyətdə olan körpü barədə bir yazı yayımlamışdı.
Şəkil 1
"Əhalini rahat və təhlükəsiz şəkildə hərəkət etməsi üçün körpü fors-major şəraitdə bərpa ediləcək."
Ölkədəki epidemioloji vəziyyət yüngülləşdikdən və Bolnisi Bələdiyyəsi qırmızı zonadan çıxdıqdan sonra Bolnisi və ətraf kəndlərdə yol tikintisi və digər işlər daxil olmaqla tikinti və bərpa işləri aparıldı. Körpü yenə də diqqət mərkəzindən kənarda qaldı.
Diqqətdən kənar qalan körpü isə daha da pis vəziyyətə düşür. “Fakt-metr” məsələ ilə bağlı Bolnisi Bələdiyyəsi ilə əlaqə saxladı, lakin konkret cavab ala bilmədi. Körpü ilə bağlı məlumat üçün meriyaya yazılı müraciət də edilib, lakin meriya məktuba da cavab vermədi.
Darbaz kəndinə gedən yolda, eləcə də körpüyə qədər və körpüdən sonrakı yolda bərpa işləri hələ aparılmayıb. “Fakt-metr” yolların vəziyyəti ilə yerindəcə tanış oldu.
Şəkil 2
Həmçinin körpünün bərpa işlərinə bu günə qədər başlanılmayıb və tender elan edilməyib. Bu problem barədə “Marneuli” radiosunun materialında da qeyd edilib.