Dmanisi meriyası maliyyə mənbələrini səmərəsiz şəkildə idarə edir – audit
Dövlət Audit Xidməti Dmanisi Bələdiyyəsinin 2018-2019-cu illər üçün fəaliyyətinin uyğunluq auditini həyata keçirib. Hesabat 2021-ci il yanvarın 25-də yayımlanıb.
Dövlət Audit Xidməti Dmanisi Bələdiyyəsinin 2018-2019-cu illər üçün fəaliyyətinin uyğunluq auditini həyata keçirib. Hesabat 2021-ci il yanvarın 25-də yayımlanıb.
Qurum bir sıra çatışmazlıqları vurğulayıb. “Fakt-metr” bu hesabatdan bəzi vacib təfərrüatları sizə təqdim edir.
Sənəddə göstərildiyinə görə, bələdiyyə 2018-2019-cu illər üçün proqram büdcəsi ilə aşağıdakı nəticələri əldə etməyi planlaşdırıb: infrastrukturun yaxşılaşdırılması; sərnişinlərin maneəsiz və təhlükəsiz hərəkəti; əhalinin həyat şəraitinin yaxşılaşdırılması və s.
Dövlət Xəzinəsinin məlumatına görə, hesabat dövründə bələdiyyənin gəlirləri 26 439 500 lari, ödənişlər isə 20 491 700 lari təşkil edib.
Cədvəl 1. Gəlirlər, ödənişlər və balans dəyişikliyi (min lari)
Mənbə: Dövlət Audit Xidməti
Qeyri-maliyyə aktivlərinin artımı maddələrinin yerinə yetirilməməsi ödəmə planı ilə müqayisədə daha aşağı yerinə yetirmə ilə nəticələndi. Xatırladaq ki, qeyri-maliyyə aktivlərinin artımına infrastruktur layihələrinin tikinti-bərpası və onların saxlanılması daxildir. Dmanisi bələdiyyəsində 2018-ci ildə yollar, drenaj kanalları, körpülər, mərasim evi, çoxmənzilli ev və digər işlər tamamlanmamışdır.
Düzdür, 2019-cu ildə qeyri-maliyyə aktivlərinin artımının faiz göstəricisi əvvəlki illərlə müqayisədə artıb, lakin bununla belə 63%-i keçə bilmədi. Bunun səbəbi yolların, körpülərin, ambulatoriyaların, mərasim salonunun və digər işlərin yarımçıq qalmasıdır.
Qeyd edək ki, 2018-2019-cu illərdə bələdiyyədə planlaşdırılmış və istifadə olunmamış vəsaitlərdən əlavə sərbəst qalıq şəklində xeyli miqdarda istifadə olunmamış vəsait qalıb. Bir sözlə: 2018-ci ilin əvvəlində büdcə qalığı 1 603 200 lari təşkil edirdi. Buradan 1 526 400 larinin istifadəsi planlaşdırıldı. Buna baxmayaraq, 2018-ci ildə qalığın dəyişməsi nəticəsində yaranan nağd pul yığımı 3 632 900 lari təşkil etmişdir. İlin sonunda isə 5 236 100 lari qalıq qeydə alındı ki, bu da ödəmə planının 51% -ni təşkil edir. Qeyd olunan vəsaitlərdən 1 634 400 lari sərbəst balansdır.
2019-cu ildə 5 114 000 lari qalığın istifadəsi müəyyən edilmişdi. Əslində qalığın yığılması 2 314 800 lari təşkil etmişdi. Müvafiq olaraq, 1 yanvar 2020-ci il tarixinə qalıq planlaşdırılmış ödəniş nisbətinin 35% -i olan 7 550 900 larini təşkil etmişdi. Buradan da sərbəst qalıq 2 095 300 laridir.
Audit Xidməti hesab edir ki, bələdiyyə 2018-2019-cu illər üçün büdcələrdə planlaşdırılan infrastruktur layihələrinin vaxtında həyata keçirilməsini təmin edə bilməyib və xeyli miqdarda balans toplanıb ki, bu da bələdiyyəyə məxsus maliyyə mənbələrinin səmərəsiz idarə olunmasından xəbər verir.
Hesabatda qeyd olunan digər bir vacib məsələ 2018-2019-cu illərdə Bələdiyyə tərəfindən Kvemo Kartli Regional İnkişaf Agentliyinin hesabına qrant qismində vəsaitin köçürülməsi ilə bağlı nöqsandır. Aydın olur ki, qeyd olunan dövrdə agentliyin hesabına 45 000 lari köçürülmüşdür. Agentlik öz fəaliyyətləri ilə Kvemo Kartli bölgəsinin iqtisadi inkişafına və iş yerlərinin açılmasına, iş üçün əlverişli mühitin yaradılmasına, sahibkarların gücləndirilməsi üçün lazımi məlumatların/xidmətlərin göstərilməsinə və bölgəyə investisiyaların cəlb olunmasına töhfə verməlidir. Müvafiq olaraq, bu məbləğ bu hədəflərə çatmaq üçün lazımi fəaliyyətlərə xərclənməli idi. Bununla birlikdə, meriya agentlik tərəfindən həyata keçirilən fəaliyyətlər barədə məlumat tələb etməyib və buradan irəli gələrk verilən maliyyənin məqsədəuyğunluğu müzakirə edilməyib.
Maraqlıdır ki, bənzər çatışmazlıq Audit Xidməti tərəfindən 2015-2016-ci illərdəki fəaliyyətin uyğunluğu ilə bağlı audit hesabatında da qeyd edilmişdi. Qeyd olunan dövrün fəaliyyətinə dair uyğunluqla bağlı audit hesabatında agentliyə köçürülmüş 52 000 laridən söhbət açılır ki, buradan da 32 000 lari subsidiya, 20 000 lari isə qrantdır. Dmanisi bələdiyyəsi həmin dövrdə bu məbləğlə həyata keçirilən fəaliyyətlər barədə də Dövlət Audit Xidmətinə məlumat verə bilməmişdi. Bu isə o deməkdir ki, nə o zaman, nə də 2018-2019-cu illərdə bələdiyyənin xərcləri planlaşdırarkən prioritetləri nəzərə almaq məcburiyyətində olmasına baxmayaraq agentliyə köçürülən pulun bələdiyyənin inkişafı üçün lazım olan layihələrə xərclənib-xərclənmədiyi müzakirə olunmayıb. Meriyanın məqsədi bələdiyyənin və bələdiyyə əhalisinin çəkilən xərclərə uyğun müvafiq fayda görməsidir.