Dövlət Audit Xidməti Qardabani Bələdiyyəsinin 2018-2019-cu illərdəki fəaliyyətini araşdırıb. Dövlət auditi nəticəsində Qardabani Bələdiyyəsinin fəaliyyətində müəyyən çatışmazlıqlar aşkar edilmişdir. “Fakt-metr” bunlardan bir neçəsini müzakirə edəcək.

“Qardabani Bələdiyyəsi Dostluq Mərkəzi”-nin fəaliyyəti

2018-2019-cu illərdə Qardabani Bələdiyyəsi “Qardabani Bələdiyyəsi Dostluq Mərkəzi”-nə büdcənin subsidiya bəndi çərçivəsində maliyyə ayırıb. Həmin təşkilatın 2018-2019-cu illərdəki subsidiyası 206,2 min lari təşkil edib. “Qardabani Bələdiyyəsi Dostluq Mərkəzi” 2018-ci ildə 26 nəfəri, 2019-cu ildə isə 23 nəfəri işlə təmin edib. Alınan maliyyənin 98,6% -i işçilərin maaşları və administrasiya xərcləri üçün istifadə olunub. Qalan 1,4% isə mədəni tədbirlərə xərclənib. Dövlət auditi hesabatında Qardabani bələdiyyəsində mədəni tədbirlərin təşkilatçısının bələdiyyənin müvafiq xidmətinin olduğu və bayram və mədəni tədbirlərin planlaşdırılması, maliyyələşdirilməsi və satın alınmasının meriya tərəfindən həyata keçirildiyi bildirilir. Buradan da irəli gələrək Dövlət Audit Xidmətinin hesabatında “Qardabani Dostluq Mərkəzi”-nin fəaliyyətinin zəruriliyinin aydın olmadığı bildirilir.

"Gardabanservice" təşkilatının fəaliyyəti

Qardabani Bələdiyyəsi tərəfindən yaradılmış "Gardabanservice" təşkilatı 2019-cu ildə bələdiyyədən 773,6 min lari maliyyə vəsaiti alıb. Həmin təşkilatın əsas funksiyalarından biri içməli suyun, quyuların və nasos stansiyalarının istismarıdır. Bu funksiyanı həyata keçirmək üçün Qardabani bələdiyyəsinin 13 kəndində 44 mütəxəssis işə götürülüb. 2019-cu ildə "Gardanservice" maaş şəklində bu 44 mütəxəssis üçün 141,8 min lari xərcləyib. Dövlət Audit Xidmətinin hesabatında deyilir ki, audit qrupu bu kəndlərin bəzilərinə suyun qismən verildiyi və ya ümumiyyətlə verilmədiyi bir halda 13 kənddə bu qədər mütəxəssisin işləməsinə nə ehtiyac olduğu ilə bağlı lazımi və uyğun bir arqument ala bilməyib.

Yuxarıda qeyd olunanlardan əlavə "Gardabanservice"-in funksiyalarından biri də yaşıllaşdırma işləri, xüsusən də park və fəvvarələrin baxımıdır ki, bu məqsədlə də 6 nəfər işlə təmin olunub. 2019-cu ildə bu şəxslərin maaşlarına 46,3 min lari xərclənib. 2019-cu ildə təşkilat 12 növ iş həyata keçirib, lakin dövlət auditinin analizi nəticəsində qeyd olunan işləri bir neçə gündə həyata keçirməyin mümkünlüyü aydın olub.

Dövlət Audit Xidmətinin gəldiyi nəticəyə görə, Qardabani bələdiyyəsi tərəfindən təsis edilmiş QHT-lərin fəaliyyətlərindəki və idarəetmə nəzarətindəki zəifliklər ştat sayının əsassız olaraq artmasına və büdcə vəsaitlərinin irrasional xərclənməsinə səbəb olub. Nəticə olaraq, bələdiyyə tərəfindən təsis olunan təşkilatlarda kadr idarəçiliyi və büdcə vəsaitlərinin məqsədli xərclənməsi ilə bağlı sistemik çatışmazlıqlar mövcuddur.

Qardabani bələdiyyəsinin yanacaq istehlakında aşkar olunan çatışmazlıqlar

Qardabani bələdiyyəsi 2018-2019-cu illərdə 823,7 min lari dəyərində 393,6 ton yanacaq istifadə edib. Dövlət Audit Xidmətinin analizi göstərir ki, bəzi hallarda nəqliyyat vasitəsinə bir dəfəyə nəqliyyat vasitəsindəki çənin tutumundan artıq yanacaq doldurulub. 2018-2019-cu illərdə 191 belə hal aşkarlanıb. Bu yolla ümumilikdə 3,1 ton yanacaq doldurulub.

Cədvəl 1. 2018-2019-cu illərdə Qardabani bələdiyyəsində avtomobilə bir dəfəyə yanacaq

Mənbə: Dövlət Audit Xidməti

Ayrıca, Dövlət Audit Xidmətinin hesabatında 2018-2019-cu illərdə Qardabani bələdiyyəsinin məzuniyyətdə olan işçilərinin 5 ton yanacaq istifadə etdiyi bildirilir. Ölkədən kənarda ezamiyyətdə olan şəxslərin istifadəsində olan avtomobillərə 500 litr yanacaq sərf edilib. Bundan əlavə, Qardabani bələdiyyəsi işçilərinin xidməti ezamiyyətdə olmadığı bir vaxtda Gürcüstanın müxtəlif şəhərlərində 6 tona qədər yanacaq doldurulub.

Cədvəl 2. 2018-2019-cu illərdə bələdiyyədən kənarda yanacaq dolduruması halları ilə bağlı nümunələr

Mənbə: Dövlət Audit Xidməti

Dövlət Audit Xidməti Qardabani Bələdiyyəsinin rəsmi ehtiyacları üçün istifadə edilən nəqliyyat vasitələrinə də baxış keçirib. Audit qrupu tərəfindən aparılan monitorinq zamanı bəzi yerlərdə yanacaq istehlakına nəzarət üçün quraşdırılmış sisteminin söküldüyü və bəzi hallarda möhkəm quraşdırılmadığı aşkar edilib.

Audit Xidmətinin gəldiyi nəticəyə görə yanacaq istehlakının monitorinqi üçün sistemdən lazımi şəkildə istifadə edilməyib. Nəticədə Qardabani bələdiyyəsinin işçiləri tərəfindən yanacağın şəxsi məqsədlər üçün, yoxsa xidməti məqsədlər üçün istifadə edildiyini öyrənmək qeyri-mümkün olub.

თეგები: