Redaksiya qaydaları

Fakt-metr Beynəlxalq Fakt Yoxlama Şəbəkəsi (IFCN) tərəfindən razılaşdırılmış və müəyyən edilmiş prinsipləri imzalayır və tamamilə bölüşür.

Davranış qaydaları həm ictimai xadimlər, həm də aparıcı qurumlar tərəfindən verilən açıqlamaların və digər ictimai maraq doğuran bəyanatların dəqiqliyi ilə bağlı mütəmadi olaraq araşdırmalar dərc edən təşkilatlar üçün nəzərdə tutulmuşdur. Bu qaydalar dünyanın hər tərəfindəki araşdırma qurumları ilə məsləhətləşərək hazırlanmışdır və vicdanlı tədqiqatçıların gündəlik işi üçün lazım olan prinsipləri özündə birləşdirir.

İmzalayan təşkilatlar tərəfindən qəbul edilən öhdəliklərə aşağıdakılar daxildir:

1. Qərəzsizlik və ədalət öhdəliyi

İmza atan təşkilatlar hər bir konkret vəziyyətdə ifadələrin həqiqi düzgünlüyünü təyin edərkən ortaq standartı rəhbər tuturlar və heç bir tərəfi xüsusi olaraq vurğulamırlar. İstənilən faktın təsdiqlənməsi eyni proseslə həyata keçirilir və nəticə də mövcud dəlillərə əsaslanır. İmzalayanlar araşdırılacaq məsələlər üçün lobbiçilik etməkdən imtina edir və onları öz siyasi mövqelərinə görə müzakirə etmirlər.

2. Mənbələrin şəffaflığı öhdəliyi

İmzalayanlar oxucuların təqdim olunmuş nəticələri müstəqil şəkildə yoxlama imkanları olmasında maraqlıdırlar. Müvafiq olaraq, imza edənlər bütün mənbələri ətraflı şəkildə qeyd edirlər, bununla da oxuculara artıq görülmüş işlərlə yenidən məşğul olmaq imkanı verirlər – mənbənin təhlükəsizliyinə zərər vurula biləcəyi ehtimalı olan hallar istisna olmaqla. Belə olan halda imza atanlar məsələnin təfərrüatlarını imkan daxilində açıqlamağa çalışırlar.

3. Maliyyə və təşkilatın şəffaflığı öhdəliyi

İmza edən təşkilatlar maliyyə mənbələri baxımından şəffafdırlar. Digər təşkilatların maliyyələşdirilməsi halında imzalayanlar faktiki dəqiqliyi müəyyənləşdirmə prosesində təqdim olunan nəticələrə donorun təsirini istisna edirlər. İmza atan təşkilatlar bütün aparıcı işçilərin peşə təcrübəsi haqqında ətraflı məlumat verir, qurumun strukturunu və hüquqi statusunu izah edir. İmzalayanlar oxuculara onlarla mümkün ünsiyyət vasitələrini açıq şəkildə göstərirlər.

4. Metodologiya şəffaflığı öhdəliyi

İmzalayanlar yoxlanılacaq faktları seçmək, yazmaq, redaktə etmək, dərc etmək və düzəltmək üçün istifadə olunan metodologiyanı izah edirlər. İmzalayanlar oxucuları təsdiqlənə bilən faktları təqdim etməyə təşviq etməyə çalışırlar və faktları niyə və necə yoxladıqlarına dair şəffaflıqlarını qoruyurlar.

5. Açıq və vicdanlı bir düzəliş siyasəti öhdəliyi

İmzalayanlar araşdırmalarda dəyişiklik meyarlarını dərc edir və onlara ciddi əməl edirlər. İmzalayanlar düzəliş meyarlarına uyğun olaraq işləri aydın və şəffaf şəkildə yoxlayır və oxucuların düzəldilmiş versiyanı görməsi üçün əllərindən gələni edirlər.

Faktmetrin bu qaydaların prinsiplərini pozduğuna inanırsınızsa, Beynəlxalq Faktmetr Şəbəkəsinə (IFCN) şikayət ünvanlaya bilərsiniz ki, onlar da sizin tələbinizi müzakirə edər. IFCN apellyasiya orqanı deyil, bununla birlikdə, qaydaların ciddi şəkildə pozulması halında, layihəni dayandıra və ya təsdiqlənmiş imzalayan şəxsin statusunu ləğv edə bilər. Siz tələbinizi IFCN-in veb saytına göndərə bilərsiniz: https://ifcncodeofprinciples.poynter.org/complaints-policy

Bütün məqalələrə baxın

Təbliğat

Daha ətraflı
5563 - Yoxlanılmış fakt
Fakt-metr qəzeti
26%
Doğru
16%
Yalan
12%
Əsasən-doğru
10%
Yarı-doğru
7%

Ən çox oxunan