İraki Ğaribaşvili: 3 il ərzində bütün bələdiyyələrdə su təchizatı layihələri tamamlanaraq, hər biri 24 saatlıq su ilə təmin olunacaq.
Hökm: “Fakt Metr”-in gəldiyi qənaətə əsasən, Baş nazirin vədi yerinə yetirilə bilinməyəcək.
Xülasə: Statistika Xidmətinin məlumatına görə, 2020-ci ilə qədər ümumi Gürcüstanın əhalisinin 69 %-i su təhcizatı ilə təmin olunub.
2013-cü ildə mənzildə su xətti sistemi əhalinin sadəcə olaraq 58%-nin var idi. “Gürcü arzusu”nun hakimiyyətdə olduğu 8 illik müddətdə əhalinin sayı 15 faiz bəndi - ildə orta hesabla isə 2 faiz bəndi artıb. Baş nazirin su təhcizatı lahiyəsinin başa çatdırılması üçün elan olunan 350 mln lari (üç il ərizində)- ildə 117 mln lari xərclənəcəyini nəzərdə tutur. Hər il su təchizatı infrastrukturunun bərpasına yuxarıda qeyd olunan məbləğdən daha çox vəsait xərclənməsinə baxmayaraq, 8 il ərzində “Gürcü arzusu” su təchizatı sisteminə qoşulan əhalinin sayını cəmi 15,6 faiz bəndi artıra bilib. Daha qısa müddətdə, daha kiçik büdcə ilə - əhalinin 31%-ni su ilə təmin etmək, qeyri-mümkünsüz hesab edirik.
Buna görə də Fakt Metr-in qənaətinə əsasən, Baş nazirin 3 il ərzində bütün bələdiyyələrə 24 saat su təminatı ilə bağlı verdiyi vədiyerinə yetirilə bilinməyəcək.
Analiz: Baş nazir İrakli Ğaribaşvili hökumətin iclasında yaxın üç ildə ərzində hakimiyyətin həyata keçirəcəyi layihələrdən danışıb və fərqli istiqamətdə vədlər verib.
Baş nazirin vədinə əasən, 2025-ci il üçün bütün bələdiyyələrdə 24 saatlıq su təchizatı ilə təmin olunacaq. “Son üç il ərzində bütün bələdiyyələrdə su təhcizatı lahiyələri sona çatdırılsın və bələdiyyələr 24 saatlıq su ilə təmin olunsun. Qeyd olunan lahiyə 350 mln lari maliyyələşdiriləcək” deyə İrakli Ğaribaşvili bildirdi. Milli Statistika mərkəzinin regional statistik datasına əsasən, 2020-ci il, bütün Gürcüstanda mənzillərə daxil edilən su sistemi əhalinin sadəcə olaraq 73.4%-də var idi. Son illərin ststistik göstəriciləri bu cür görünür:
Cədvəl 1: Su təsərrüfatlarının əsas içməli su mənbələrinə görə bölgüsü
mənbə: Milli statistika mərkəzi
Statistikaya görə, “Gürcü arzusu”nun hakimiyyətdə olduğu dövrdə su təchizatı sistemi ilə təmin olunan əhalinin sayı 15,6 faiz bəndi artıb ki, bu da orta illik 2% artım deməkdir.
Tbilisi əhalisinin 99,5%-nin mənzilinə su xətti çəkilib. Regionlara gəlidikdə isə, 2020-ci ilə qədər aşağıdakı məlumatlar qeydə alınıb: Kaxeti - 61,4%, Şida Kartli - 52,1%, Kvemo Kartli - 67,5%, Samtsxe-Cavaxeti - 77,9%, Acarıstan Muxtar Respublikası - 77%, Quriya - 42,4%, Sameqrelo. -Zemo Svaneti - 40,7%, İmereti -61,2%, Mtsxeta-Mtianeti - 71,1, Raça-Leçxumi və Kvemo Svaneti - 61,3%. Məlumata görə, Tbilisidən sonra mənzili su təhcizatı ilə təmin olunmuş ən çox əhali Samtsxe-Cavaxeti, Acarıstan Muxtar Respublikası və Mtsxeta-Mtianetidir.
Statistika Xidmətinin su təchizatı müəssisələri arasında apardığı sorğunun nəticələrinə görə, 2020-ci ildə Gürcüstanda 25 su təchizatı müəssisəsi fəaliyyət göstərib, əhalinin məişət təsərrüfatlarına verilən suyun həcmi 229,2 milyon kubmetr təşkil edib hansı ki, keçən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çoxdur.. 31 dekabr 2020-ci il vəziyyətinə 2,57 milyon nəfər (68,9 faiz) su təchizatı sisteminə qoşulub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
Qrafik 1: Su təchizatı sisteminə qoşulmuş əhalinin sayı (%)
mənbə: Milli statistika mərkəzi
Statistikaya görə, 2020-ci ilə qədər Gürcüstan əhalisinin demək olar ki, üçdə biri su təchizatı sisteminə qoşulmayıb. “Gürcü Arzusu”-un hakimiyyəti dövründə, su ilə təmin olunan əhalinin sayı ildə orta hesabla 2% artırdı. Baş nazir vədlərində qeyd edir ki, 3 il ərzində susuz qalan əhalinin 31%-nin təkcə su sistemi ilə deyil, həm də 24 su təchizatı ilə təmin ediləcək həmçinin Baş nazir, qeyd olunanlara 350 milyon lariyə nail olmaq istəyir.
Son vaxtlar su təchizatı infrastrukturunun bərpasına hər il xeyli vəsait ayrılır (2016-166 milyon, 2017-184 milyon, 2018-ci ildə 195 milyon, 2019-cu ildə 294 milyon, 2020-ci ildə 245 milyon, 2021-ci ildə 330 milyon). Baş nazirin açıqladığı 350 milyon lari - hər il 117 milyon lari xərcləmək deməkdir. Qeyd etdiyimiz kimi, hər il su təchizatı sisteminin bərpasına adı çəkiləndən qat-qat çox vəsait xərclənsə də, buna baxmayaraq, 8 il ərzində “Gürcü arzusu” su ilə təmin olunan əhalinin sayını cəmi 15,6 faiz artırıb. Daha qısa müddətdə, daha kiçik büdcə ilə - əhalinin 31%-ni su ilə təmin edilməsini, qeyri-mümkün hesab edirik.
Nəticə etibarı ilə baş nazirin 2025-ci ilə qədər bütün Gürcüstan bələdiyyələrinin 24 saat su ilə təmin olunacağına dair vədi yerinə yetirilə bilməyəcək.