Zaur Darğalı: Marneuli bələdiyyəsində 4 yeni uşaq bağçası tikiləcək və mövcud bağçalar təmir olunacaq

Zaur Darğalı: Marneuli bələdiyyəsində 4 yeni uşaq bağçası tikiləcək və mövcud bağçalar təmir olunacaq

2019-cu ildə merliyə namizəd kimi Zaur Darğalı Marneuli bələdiyyəsinin əhalisinə 2020-2022-ci illərdə Baydar və Kaçağan kəndlərində, 2019-2021-ci illərdə isə Marneulidə və Şulaveri kəndində yeni uşaq bağçası tikəcəyini vəd edib. Həmçinin, Marneuli №1 və №4 saylı uşaq bağçaları reabilitasiya işləri aparılacaq, Qızılhacılı və Kəpənəkci kəndlərində var olan  uşaq bağçalarının həyətləri abadlaşdırılacaq. Bunu onun seçki broşurası da təsdiqləyir.

“Fakt-Metr” Zaur Darğalının seçkiqabağı vədlərinin yerinə yetirilib-yetirilməməsi, xüsusən də yeni uşaq bağçalarının tikintisi və mövcud bağçaların bərpası ilə maraqlanıb.  

Marneuli Bələdiyyəsi Meriyası 29 yanvar 2021-ci il tarixində Qızılhacılı kəndindəki uşaq bağçası üçün təmir işlərinin satınalınması üçün tender (NAT210001507) elan etdi. Satınalmanın təxmini dəyəri 799 997 lari idi. Səkkiz iddiaçı arasında ən aşağı qiymətə sahib olan şirkət diskvalifikasiya edilib və tenderi MMC “Mshenebeli 2020” qazanıb. Martın 26-da imzalanmış müqavilənin dəyəri 699 999 lari idi. Layihənin ümumi dəyərinin 95 faizi dövlət büdcəsi, 5 faizi isə yerli özünüidarəetmə qurumunun büdcəsi hesabına maliyyələşdirilməli idi. Müqavilənin şərtləri dörd dəfə dəyişdirilib. 6 dekabr 2021-ci il tarixində edilən yekun dəyişikliyə əsasən, layihənin büdcəsi 760 495,36 lari olub. 

Marneuli Bələdiyyəsi ilə MMC “Mshenebeli 2020” arasında bağlanmış müqaviləyə əsasən, təchizatçı əmək müqaviləsini imzalamasından180 təqvim günü ərzində, yəni sentyabrın sonunda tamamlamağa borclu idi. Şirkət layihəni müqavilə müddətində başa çatdıra bilmədi və son tarix 6 noyabr 2021-ci ilə qədər uzadıldı. Lakin bu müddət ərzində təchizatçı ilə əlaqə saxlamaq mümkün olmayıb və tərəflər müqavilədə daha bir dəyişiklik ediblər. Bu dəfə layihənin müddəti 2022-ci il martın 1-dək uzadılıb. Müqavilənin sənədi şirkət direktorunun məktubu ilə müşayiət olunur və o, layihənin gecikməsinə işlərin mürəkkəbliyi və binanın sıradan çıxması ilə izah olunur. Meriya İnfrastruktur və İqtisadi İnkişaf Xidməti rəhbərinin hesabat vərəqəsində göstərilir ki, 2021-ci il dekabrın 9-da şirkət işin cəmi 76%-ni yerinə yetirib.

Hazırda dövlət satınalmaları səhifəsində dərc edilən məlumata əsasən, şirkətə ödənilən məbləğ ümumi dəyərin 63%-ni, yəni 478 962 lari təşkil edir.

Uşaq bağçalarının bərpasına gəlincə, Marneuli Bələdiyyəs Meriyası, Marneuli №1 saylı uşaq bağçasının mövcud binasının, akt zalının və iki qrup üçün nəzərdə tutulan binanın təmir-bərpa işlərinin satınalınması üçün 29 yanvar 2021-ci il tarixində smeta dəyəri 1.362.230 lari olan tender (NAT210001506) elan edilmişdir. Tenderdə səkkiz şirkət iştirak edib. İki aşağı qiymətə iddiaçının diskvalifikasiyası nəticəsində MMC “Building House” qalib gəldi. 13 aprel 2021-ci ildə şirkətlə 1 188 577 lari dəyərində müqavilə imzalanıb. Bu halda dəyərin 95%-i dövlət büdcəsi, 5%-i isə yerli özünüidarəetmə qurumu tərəfindən maliyyələşdirilib. Daha sonra dəyər 1 223 050 lariyə yüksəldi. Marneuli meriyası ümumi müqavilə dəyərinin 7,67%-ni, dövlət büdcəsinin 92,33%-ni əhatə edəcək. Layihə keçən ilin oktyabrında başa çatdırılmalı idi. Bununla belə, plan-qrafikdə dəyişiklik edilib və işlərin başa çatdırılması üçün son tarix 19 dekabr 2021-ci il tarixinə təyin edilib. Bunun səbəbi, məktubda qeyd olunduğu kimi, əlavə işlərə ehtiyac olub. Bu mərhələdə ümumi dəyərin 73%-i, yəni 910 043 larisi ödənilib.

6 aprel 2021-ci il tarixində Meriya tərəfindən Marneuli Bələdiyyəsinin N3 və N4 uşaq bağçalarında yanğın təhlükəsizliyi sisteminin satınalınması üçün növbəti tender (SPA210000970) elan edilmişdir. Tək iddiaçı olan MMC “Neotek” şirkəti təxmini dəyəri 44 280 lari olan tenderin qalibi olub. 5 may 2021-ci il tarixində bağlanmış müqavilənin dəyəri 52 238,59 lari təşkil edib. Bu, qeyd olunan satınalmalar arasında yeganə satınalmadır ki, onun çərçivəsində agentlik tərəfindən bağlanmış müqaviləyə tamamlanma statusu verilir.

“Fakt-Metr” Zaur Darğalının vədinə əsasən Baydar, Kaçaqan, Şulaver və Marneulidə yeni uşaq bağçalarının tikilib-tikilmədiyini, Kəpənəxçi kəndindəki uşaq bağçasının həyətinin abadlaşdırılıb-abadlaşdırılmadığını araşdırıb. Apardığımız təhlillərə görə, bu işlərin satın alınması üçün tender elan olunmayıb. “Fakt-Metr” rəsmi olaraq 2022-ci il yanvarın 10-da Marneuli özünüidarəsindən məlumat istəyib. Ancaq cavab ala bilmədik. Vəziyyətlə yerindəcə tanış olduq, əhali ilə söhbət etdik.

Marneulinin Qaçağan kəndindən mülki fəal Sədi Sadıkov “Fakt-Metrə”-ə bildirib ki, onların kəndində yeni uşaq bağçası tikilməyib. “Sovetlər dağılana qədər kənddə uşaq bağçası var idi. İndi həmin bina təmir olunub və özəlləşdirilib", - Sadıkov bizə bildirib.

Baydar kəndindən olan şagird Aitan Qurianova “Fakt-Metr”-ə bildirib ki, onların kəndində də uşaq bağçası fəaliyyət göstərmir. “Təəssüf ki, kəndimizdə uşaq bağçası yoxdur. Təxminən 2-3 il əvvəl dostumla uşaq bağçasına ehtiyac olduğunu deyən kənd sakinlərindən müsahibə aldıq. Düşünürəm ki, uşaq bağçası uşaqların ibtidai təhsili üçün çox mühüm rol oynayır və bu, analar üçün çox əlverişlidir", - Qurianova bildirib.  

Marneuli bələdiyyəsinin Şulaveri kəndində yaradılmış “Studio Hobbi Evi” qeyri-hökumət təşkilatının rəhbəri Marina Tsikarişvili bizimlə söhbətində bildirdi ki, Şulaveri kəndində uşaq bağçası yoxdur. Onun sözlərinə görə, Şulaveri böyük kənddir və uşaq bağçasına ehtiyacı var. İllərdir Marneuli bələdiyyəsində fəal işləyən “Marneuli Demokrat Qadınlar Cəmiyyəti” qeyri-hökumət təşkilatının rəhbəri Olqa Endeladze bizə bildirdi ki, yeni uşaq bağçası Marneuli şəhərində də inşa olunmayıb. Onun sözlərinə görə, bələdiyyədə uşaq bağçalarının sayı kifayət qədər deyil. “Marneuli şəhərində hər il qeydiyyatdan keçən 400-500 uşaq yerlərin məhdudluğu səbəbindən bağçaya gedə bilmir. Marneulidə daha bir uşaq bağçası tikilməlidir. 2019-cu ildən bəri Marneuli bələdiyyəsinin heç bir yerində yeni uşaq bağçası tikilməyib. Mən Marneuli bələdiyyəsinin 2022-ci il büdcəsinin ictimai müzakirəsində iştirak etdim və büdcədə yeni uşaq bağçasının tikintisi nəzərdə tutulmayıb", - Olqa Endeladze “Fakt-Metrə”-ə bildirib.

Zaur Darqalın vədində yeni uşaq bağçalarının inşası və mövcud uşaq bağçalarının təmiri nəzərdə tutulurdu. 2021-ci ilin sonunda Zaur Darqal Marneuli bələdiyyəsində yeni uşaq bağçalarının inşası vədini yerinə yetirməyib. Vəd yalnız reabilitasiya hissəsində yerinə yetirilib.