Marneuli və Qardabani seçki dairələrində 500-600 şikayət verdik, heç bir şikayət təmin edilmədi.

Aqil Mustafaev: Marneuli və Qardabani seçki dairələrində 500-600 şikayət verdik, heç bir şikayət təmin edilmədi

Hökm: Fakt-metrə görə, Aqil Mustafaevin dediklərinin yarı doğrudur

Xülasə: Gürcüstan Parlamentinin 2020 seçki günü və sonraki dövrdə 21 saylı Qardabani və 22 saylı Marneuli seçki dairələrində “Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət” adından 111 şikayət ərizəsi daxil edilmişdi. Onlardan biri Qardabani Dairə Seçki Komissiyasında, 110 nəfəri isə Marneuli Dairə Seçki Komissiyasında qeydə alınıb.

“Birləşmiş Müxalifət” tərəfindən qeydə alınan ümumi şikayət ərizələrinin doxsan altısına baxılmayıb, qalan on dördünə Marneuli Dairə Seçki Komissiyası, birinə isə 20 saylı Rustavi Dairə Seçki Komissiyası tərəfindən baxıldı. Baxılan şikayətlərin heç biri təmin edilmədi.

Siyasətçi şikayətlərin sayına deyil də dairə seçki komissiyalarının şikayətləri nəzərdən keçirməməsinə və ya onları təmin etməməsinə diqqət yetirdiyindən Fakt-metr bəyanatı qiymətləndirərkən bu həqiqətə əsaslanır və açıqlamanın yarısının doğru olduğu qənaətinə gəlir.

Təhlil: 24 aprel 2021-ci ildə 24news.ge media platformasında canlı olaraq Vahid Milli Hərəkat partiyasinın Marneuli ofisinin sədri Aqil Mustafayev bildirdi: "Marneuli və Qardabani seçki dairələrində 500-600 şikayət daxil etdik, heç bir şikayət təmin edilmədi "

Fakt-metr qeyd olunan açıqlamanın doğruluğu ilə maraqlandı. Məsələ ilə bağlı 21 saylı Qardabani və 22 saylı Marneuli Dairə Seçki Komissiyalarından rəsmi olaraq məlumat istəmişik.

22 saylı Marneuli Dairə Seçki Komissiyasında “Milli Hərəkat - Birləşmiş Müxalifət” tərəfindən 110 şikayət daxil olundu. Bunlardan biri Qardabani Dairə Seçki Komissiyasında qeydiyyata alındı. Qeydiyyatdan keçmiş şikayətlərin ümumi sayından 14 şikayət təmin edilməmiş, 96 şikayət isə baxılmamış qalmışdır. Əlavə 1

21 saylı Gardabani Dairə Seçki Komissiyasına gəldikdə, Birləşmiş Müxalifət adından cəmi 2 şikayət daxil edildi. 1 şikayətə 20 saylı Rustavi Dairə Seçki Komissiyası, ikinci şikayətə isə 22 saylı Marneuli Dairə Seçki Komissiyası tərəfindən baxıldı. Şikayətlərinin heç biri təmin edilməyib. Əlavə 2

Yuxarıda göstərilən faktlara əsasən Birləşmiş Millət Hərəkatı - Birləşmiş Müxalifət, siyasətçisinin dediyi kimi 500-600 deyil, Marneuli və Qardabani dairələrində ümumilikdə 111 şikayət daxil edilib. Hər halda şikayətlərin heç biri təmin edilməyib. Aqil Mustafayevin açıqlamasında əsas diqqət şikayətlərin sayına deyil də sırf onların qeyd olunmaması yönündə idi Buna görə, Fakt-metrin gəldiyi qənaətə əsasən, Aqil Mustafaevin ifadəsi qismən doğrudur.

Xatırladaq ki, 31 oktyabr 2020-ci il tarixli Gürcüstan Parlament Seçkiləri ilə əlaqədar səsvermə günü və sonrakı dövrdə müxtəlif müşahidəçi təşkilatlar və seçki subyektləri tərəfindən dairə seçki komissiyalarına ümumilikdə 2091 şikayət təqdim edilmişdir. Bunlardan siyasi partiyalar / seçki blokları - 1 425, müşahidəçi təşkilatlar - 629, təşəbbüs qrupları - 33 (iki təşəbbüs qrupu), dairə seçki komissiyaları üzvləri - 2 və media qurumları - 2 şikayət daxil etmişdir. Ümumilikdə, 270-i təmin edilmiş / qismən təmin edilmiş, 698-i təmin edilməmiş, apellyasiya müddəti və qaydaları pozulduğu üçün 1117 şikayət baxılmamış qalmışdır. Bundan əlavə, 4 şikayət təmin edilməyib, 2 şikayət cavablandırılması üçün aidiyyəti orqana göndərilib.