Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bəyan etdi ki, Samsxe-Cavaxetidə turistik potensiyalının artırma lahiyəsi başlamışdır. Lahiyəyə  27 milion sərmayə yatırılması nəzərdə tutulur. “Vardziya” hansı ki bizim qürurumuzdur, bizdən yardım istədi. “Kartu” fondunun köməyi ilə biz bu lahiyəyi həyata keçirməyə başladıq, böyük işlər edilibdir və proses irəlləyir. Kvirikaşvili bəyan etdi - “Biz Sapari kilsəsi tərəfə yol salırıq”.

Fakt-metr bu bəyanətlərin dəqiqliyini yoxladı.

Gürcüstan Milli Mədəni İrs Qoruma Agentliyinin bəyanətinə görə, Vardziyanınn bərpa lahiyəsi, Agentliyin baş direktoru Nika Antidze tərəfindən təklif olunub. Lahiyə uzun müddətlikdir. Lahiyənin məqsədləri: Vardziya kompleksinin öyrənilməsi, konservasiya işlərinin realizasiyası, duvar rəsmlərinin durumunun yoxlanması, infrastruktur və turistlik yol tikintiləri.

Fakt-metr, orada 2 il ərzində olan işlərnən maraqlandı. Nika Antidze bəyan etdi ki, 2014-cü ildən indiyə qədər, daha problemli yerlər bərpa edildi. „Məsəl üçün, 2015-ci ildə, tarixi tunelin üstündə böyük bir daş kütləsi yarandı, hansı ki kiçik daş kütlələrinin stabilizasiyasına səbəb oldu“. Turistləri və abidələri daş dökümündən qorumaq üçün  Vardziyanın üstü özəl bir örtüklə örtüldü.

Onun sözlərinə görə, 2014-cü ildə arxeoloji işlər başlandı. 2015-ci ildən nərdivanların olmadığı yerlərdə, yeni nərdivanlar tikintisi başladı. “Keçən il kompleksdə bir təmizlik nöqtəsi düzəldi, bu il isə ikincisi düzələcək. Tunellərə işıq çəkildi. İndi isə mütamadi monitorinq altında, arxeoloji yolla bu ərazinin təmizlənmə işləri gedir ” və üstəlik kilsədə  olan duvar rəsimlərinin reabilitasiya lahiyəsi hazırlandı. Agentlik direktorun dediyinə görə lahiyəyə 2014-cü ildə 570 000 lari ayırıldı, 2015-ci ildə isə 1 milion lari. “Kartu” fondundan ayrılan 1 milion lari isə Vardziyanın bərpa lahiyəsi üçün 2016-ci ildə istifadə olundu.  N.Antidzenin dediklərinə görə Vardziya üçün 1 milion laridən başqa bu il 300 000 lari ayrıldı.

Fakt-metr Vardziyaya baş vurdu və bərpa işlərinin gettiklərini təsdiq edir.

Sapari kilsəsinin yolunun bərpasını, Dünya bankının maliyəsi ilə, Bələdiyə İnkişaf fondu həyata keçirdi. Fondun veb-saytında yazılan təlimata görə, 7.2 km uzunluğunda olan yol tikintisinə 3 milion 199 min lari ayırıldı. Tikinti işləri Bələdiyə İnkişaf fondunun bəyan etdiyi vaxtdan tez bitirildi, lahiyənin yekünu 2017-ci ilin Mart ayında nəzərdə tutulmuşdu, ancaq tikinti kompaniyası işini 2016-cı ilin Sentyabr ayına bitirdi.

Fakt-metr Sapari kilsəsinə baş cəkdi. Kilsəyə gedən yol, hal hazırda tamamən yekünlaşıb.

Nəticə

Fakt-metrin araşdırmalarına görə, Vardziyada və Sapari kilsəsində həqiqətən reabilitasiya dəvam edir və yol tikintisi işləri bitirilib  —  Gürcüstanın baş naziri cənab Kvirikaşvili tərəfindən olunan bəyanət həqiqətdir. Vardziyaya aid olan proqram 3 ildir dəvam edir(2014-cü ildən başlayaraq). Öncə lahiyəyə pul dövlət büdcəsindən ayırıldı(570 000 lari). 2015 ildə Vardziyada dəvam edən işlərə 1 milion lari, yenə dövlət büdcəsindən ayırıldı. 2016-cı ildə isə lahiyə üçün 1 milion lari “Kartu” fondundan ayırıldı. Beləliklə Vardziyanın reabilitasiyası üçün istifadə olunan ümumi məbləğdən (2 870 000 laridən) 1/3 hissəsi “Kartu” fondu tərafindən ayırıldı.

Deməli, Giorgi Kvirikaşvilinin bəyanəti daha çox həqiqətə uyuğundu.

əllif: Nino NarimanihviliSeda Melkumyan

მსგავსი სიახლეები

5362 - გადამოწმებული ფაქტი
გაზეთი ფაქტ-მეტრი
26%
სიმართლე
17%
ტყუილი
11%
მეტწილად სიმართლე
10%
ნახევრად სიმართლე
7%

ყველაზე კითხვადი